“Globalink Logistics Group Limited”, eləcə də, “Colgate-Palmolive” şirkətləri Azərbaycan bazarını tərk edib
"Vergilər" qəzeti xəbər verir ki, “Globalink Logistics Group Limited” Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsusdur. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 34 (“AF Mall Business Center”) ünvanına bildirə bilərlər.
Bundan əlavə, İsveçrənin yuyucu vasitələr istehsalçısı “Colgate-Palmolive” şirkəti də Azərbaycan bazarını tərk edib. Şirkətin Türkiyədəki törəməsi – “Colgate-Palmolive Təmizlik Ürünləri Sanayi və Ticarət Anonim” şirkətinin Azərbaycandakı nümayəndəliyi sentyabrın 15-dən ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 ünvanına bildirə bilərlər.
MilliYol.Az
Digər xəbərlər
loading...