«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) Yaponiyanı nüvə zərbəsi il hədələyib
Pxenyanda bəyan ediblər ki, Yaponiya tərəfindən Şimali Koreyaya təzyiqlər davam edərsə, Yaponiya «nüvə buludları»nın meydana gəlməsi ilə qarşılaşa bilər.
«Yaponiyanın KXDR-a qarşı Koreya yarımadasında gərginliyi artıran təzyiqləri özünəqəsd aktıdır və «nüvə buludları»nı Yaponiya adalarına doğru itələyir» – deyə, Koreya mərkəzi teleqraf agentliyi xəbər verir.
Sentyabrın 15-də Şimali Koreya Yaponiyaya doğru növbəti ballistik raket atıb. Raket Hakkaydo adası üzərindən Sakit okean istiqamətində uçuş edib.
MilliYol.Az
Digər xəbərlər
loading...