Fransada keçirilən Avropa çempionatı davam edir. MilliYol.Az xəbər verir ki, bu gün F qrupunda son turun oyunları keçirilib.
Portuqaliya ilə "sülh" bağlayan Macarıstan qrup lideri kimi 1/8 finala çıxıb. Heç-heçəyə rəğmən 3-cü pilləni turan Portuqaliya Slovakiya və Şimali İrlandiyadan sonra ən yaxşı 3-cü yerin sahibi olan komandalardan biri kimi mərhələ adlayıb. Bununla da Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi 1/8 final şansını itirib, Türkiyənin isə bir şansı qalıb. "Ay-ulduzlular"ın 1/8 finala çıxması üçün bu gecə İtaliyanın İrlandiyaya uduzmaması vacibdi.
Qrupun digər oyununda İslandimya sürprizə imza ataraq Avstriyanı yenib - 2:1. Bununla da islandlar ikinci pillənin sahibi kimi 1/8 finala çıxıb, Avstriya turnirdə çıxışını başa vurub.
Avropa çempionatı
Qrup mərhələsi
III tur, 22 iyun
F qrupu
İslandiya - Avstriya 2:1
Qollar: Con Dadi Bödvarsson, 18. Arnor İnqvi Traustason, 90+4 -Alessandro Şöpf, 60.
İstifadə olunmayan penalti: Aleksandar Draqoviç, 37.
İslandiya: 1. Hanes Halldorson, 2. Birkir Severson, 6. Ranyar Siqurdson, 7. Yohan Qudmundsson (5. Sverir İnqasson, 86), 8. Birkir Byarnsson, 9. Kolber Siqtorson (21. Arnor İnqvi Traustason 80), 10. Gilfi Siqurdson, 14. Kari Arnason, 15. Yon Dadi Bödvarsson (18. Elmar Byarnasson, 71), 17. Aron Qunnarson (k), 23. Ari Skulason.
Ehtiyat oyunçular: 12. Öqmundur Kristinsson, 13. İnqvar Yonsson, 3. Hakur Heydar Hokson, 4. Hyörtur Hermansson, 11. Alfred Finboqasson, 16. Run Mar Siquryansson, 19. Hordur Maqnusson, 20. Emil Hallfredson, 22. Eydur Qudyonson.
Baş məşqçi: Lars Laqerbek.
Avstriya: 1. Robert Almer, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 5. Kristian Fuks (k), 6. Stefan İlsanker (21. Mark Yanko, 46), 7. Marko Arnautoviç, 8. David Alaba, 14. Yulian Baumqartiner, 15. Sebastyan Prödl (18. Alessandro Şöpf, 46), 17. Florian Klayn, 20. Marsel Şabitser (22. Yakob Yançer, 78).
Ehtiyat oyunçular: 12. Haynts Lindner, 23. Ramazan Özcan, 2. Qyorqi Qariçs, 9. Rubin Okotiye, 10. Zlatko Yunusoviç, 11. Martin Harnik, 13. Markus Suttner, 16. Kevin Vimmer, 19. Lukas Hinterseer.
Baş məşqçi: Marsel Koller.
Sarı vərəqələr: Ari Skulason, 36. Kolber Siqtorson, 51. Kari Arnason, 78. Hanes Halldorson, 82 - Mark Yanko, 70.
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkieviç (Polşa), Mark Klattenburq (İngiltərə).
Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomaş Musial (Polşa).
Sen-Deni. “Stad de Frans”.
Macarıstan - Portuqaliya 3:3
Qollar: Zoltan Gera, 18. Balaş Cucak, 47; 55 - Nani, 41. Kriştiano Ronaldo, 50; 62.
Macarıstan: 1. Qabor Kiray, 2. Adam Lanq, 3. Mihail Korhut, 6. Akoş Elek, 7. Balaş Cucak (k), 9. Adam Salai (11. Kristian Nemet, 71), 10. Zoltan Gera (21. Barnabas Bese, 46), 14. Görge Lovrenisçis (18. Zoltan Stayber, 83), 16. Adam Pinter, 20. Riçard Quzmiçs, 23. Roland Yuhaz.
Ehtiyat oyunçular: 12. Denes Dibuşz, 22. Peter Qulaşi, 4. Tamas Kadar, 5. Atilla Fiola, 8. Adam Naqi, 13. Daniel Böde, 15. Laslo Klaynhaysler, 17. Nemanya Nikoliç, 19. Tamas Prişkin.
Baş məşqçi: Bernd Ştork.
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 6. Rikardo Karvalyo, 7. Kriştiano Ronaldo (k), 8. Joao Moutinyo (16. Renato Sançes, 46), 10. Joa Mario, 11. Vierinya, 14. Villiam Karvalyo, 15. Andre Qomes (20. Rikardo Quaresma, 61), 17. Nani (13. Danilo, 81, 19. Eliseu.
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 2. Bruno Alves, 4. Joze Fonte, 5. Rafael Qerreyro, 9. Eder, 18. Rafa Silva, 21. Sedrik, 23. Adrien Silva.
Baş məşqçi: Fernando Santos.
Sarı vərə qələr: 20. Riçard Quzmiçs, 13. Roland Yuhaz, 28. Zoltan Gera, 34. Balaş Cucak, 56.
Hakimlər: Martin Atkinson, Maykl Mellerki, Stefen Kild (İngiltərə), Aleksey Kulbakov (Belarus).
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (İngiltərə).
Lion. Şəhər stadionu.
1 | Macarıstan | 3 | 1 | 2 | 0 | 6-4 | 5 |
2 | İslandiya | 3 | 1 | 2 | 0 | 4-3 | 5 |
3 | Portuqaliya | 3 | 0 | 3 | 0 | 4-4 | 3 |
4 | Avstriya | 3 | 0 | 1 | 2 | 1-4 | 1 |
MilliYol.Az
Digər xəbərlər
loading...