Oktyabr ayının 4-də “qara bazar”da dollar bahalaşıb
Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6900 manatdan 1.7000 manata , satışı isə 1.7000 manatdan 1.7050 manata yüksəlib.
Bu isə dolların manat qarşısında 0,2-0,5% dəyər qazanması deməkdir.
Xatırladaq ki, dollar son üç ayda ilk dəfə bahalaşıb.
Avro hazırda 2.00 manata alınıb, 2.01 manata satılır.
Rus rublunun alışı 2.90 manat, satışı isə 2.91 manat təşkil edir.
MilliYol.Az
Digər xəbərlər
loading...