Məşhur azərbaycanlı biznesmen-müğənni Emin Ağalarov Bakıda bu ilin avqustunda keçirdiyi “Jara” musiqi festivalına 5 milyon dollar xərc çəkdiyini, 2.5 milyon dollar ziyan etdiyini deyib
Biznesmen “Forbes” jurnalının rus versiyasına müsahibəsində bildirib ki, ötən ilki festivalda ziyan 1.4 milyon dollar idi.
“Mən buna istənilən başqa biznes növü kimi baxıram. İki-üç il ərzində qoyulan xərcin geri qaytarılmasına ümid etmirəm. Məsələn, otel biznesinə qoyulan yatırım 10-12 ilə geri qayıdır. Kommersiya daşınmaz əmlaka qoyulan pulları 8-10 ildən tez geri qaytarmaq mümkün deyil. Festival inkişaf edir, işlər belə getsə mən beynəlxalq məşhurların çıxışı üçün ayrıca gün ayıracağam. Bunu Amerika telekanallarından birində translyasiya da etmək olar, festival ildən ilə inkişaf edəcək və mən “Jara”dan qazanmağa başlayacam”-Ağalarov deyib.
Biznesmen festivalın öz malikanəsində keçirilməsinə görə xərclərin daha az olduğunu deyib. O, festivalın keçirildiyi, Nardaranda yerləşən “Sea Breeze” kurort kompleksində tikintinin davam etdiyini bildirib.
“Bu tikinti nə vaxt başa çatacaq?” sualına Ağalarov gülərək belə cavab verib: “Yəqin ki, ömrümün sonunda. Hələlik biz ərazinin təxminən yarısını-35 hektarı mənimsəmişik. Lakin artıq “Sea Breeze” festivaldan da kənar insanların gəlib dincəldiyi yerə çevrilib. Orada demək olar ki, heç vaxt boş yer olmur, yaxud çox az olur. Ona görə də mən apartament-komplekslər də tikməyi planlaşdırıram ki, daha çox insanlar gəlib Xəzərin sahilində dincələ bilsin”-o bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...