“Bundan sonra federasiya deyil, konfederasiya əsasında müzakirələri qəbul edəcəyik”
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Şimal Kirp Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu bildirib.
O, Kiprin yunan hissəsi ilə birləşməyə dair uğursuz danışıqlardan sonra ilk dəfə ABŞ səfər edib. T.Ərtoğruloğlu Nyu-Yorkda və Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşüb. O, daha sonra Beynəlxalq Respublikaçılar İnstitutunda ABŞ şirkətləri və düşüncə mərkəzləri təmsilçilərinin iştirakı keçirilən “dəyirmi masa”da iştirak edib.
T.Ərtoğruloğlu son danışıqlarla bağlı bunları söyləyib: “BMT-də dedik ki, bundan sonra keçiriləcək müzakirələr ancaq dövlətlə dövlət arasında ola bilər. Hədəf federasiya deyil, konfederasiyadır. Bizim üçün federasiya seçimi olub. Bizimlə danışıqları beynəlxalq vasitəçilərin iştirakı ilə keçirmək istəyirik. Bizimlə danışmaq istəmirlərsə, bizim də artıq vaxtımız yoxdur”.
“Uğursuz müzakirələrdən sonra kiprli türklər hansı yolu tutacaq” sualına cavab verən T.Ərtoğruloğlu deyib ki, Türkiyəyə bağlı muxtar respublika olmaq seçimini dəyərləndirəcəklər: “Artıq beynəlxalq səviyyədə tanınmaq istiqamətində fəaliyyətə başlamalıyıq. İndiyədək bundan imtina etmişik. Bundan sonra Şimali Kirp Türk Respublikasının tanınması ilə məşğul olacağıq. İkinci seçim isə Fransa-Monoko, İngiltərə-Cəbəlitarik model kimi muxtar respublika olmaq məsələsidir. Başqa sözlə, xarici işlər və müdafiə sahəsində funksiyalarımızı Türkiyəyə verib, başqa sahələri özümüz icara edəcəyik. Hələlik bu məsələlərlə bağlı heç bir qərar verməmişik. Rəsmi Ankara ilə bu məsələləri müzakirə etdikdən sonra qərar verəcəyik”.
MilliYol.Az
Digər xəbərlər
loading...