Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfər edəcəyi gözlənilir
Bu barədə “Report”un Daşkəndə ezam olunmuş müxbirinə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev məlumat verib.
“Bilirsiniz, keçən il faciəli hadisə baş verdi. Özbəkistanın ilk prezidenti İslam Kərimov vəfat etdi. Biz onun səfərinə hazırlaşırdıq. Ancaq bu hadisə planlarımızı pozdu. Sonradan biz Özbəkistanın yeni prezidentinə Azərbaycana səfər etmək təklifi ilə məktub təqdim etdik və təklif minnətdarlıq hissi ilə qəbul olundu. Səfərin bu il baş tutacağı açıqlandı”, – H.Quliyev vurğulayıb.
Ölkələr arasında ikitərəfli əlaqələri şərh edən səfir münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...