Daxili İşlər Nazirliyi dünən Şamaxıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb
Bildirilir ki, oktyabrın 2-də saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri "Mercedes" markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.
Virtualaz.org bildirir ki, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...