Mənim qardaşım Vazgen Sərkisyanın öldürülməsi ilə Ermənistanın müstəqilliyinə son qoyuldu
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Yelk Blokundan olan deputat Aram Sərkisyan söyləyib.
“Ermənistanda nə qədər uşaq anadan olmayıb, nə qədər uşaq isə atalarının xaricə çörək pulu dalınca getməsi ucbatından yetim kimi böyüyür. Ailənin bütün ağırlığı qadınların çiyinlərinə düşür. İndiki hakimiyyəti ölkəni bu vəziyyətə gətirib çıxarıb. Hökumət ölkəni yarıac və asılı vəziyyətdə saxlayır. Müstəqillik Baş nazir Vazgen Sərkisyanın 1999-cu ildə öldürüldüyü gün başa çatdı”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistan parlamentinin 1999-cu ildə tutulması nəticəsində Baş nazir Vazgen Sərkisyan, spiker Karen Dəmirçiyan, vitse-spiker Yuri Baxşyan, vitse-spiker Ruben Miroyan və digərləri qətlə yetirildilər. Bu teraktdan sonra Ermənistanda Qarabağ klanının hakimiyyəti gücləndi. Erməni müxalifəti indiyə qədər bu hadisənin arxasında Rusiyanın dayandığını güman edir.
MilliYol.Az
Digər xəbərlər
loading...