Lələ təpə döyüşçüsü Səlim Müslümovdan kömək istəyir Azərbaycanda iki jurnalistə vəzifə verildi Jurnalisti təhqir edən direktor cəzalandırıldı “Polat Yol Yapı” şirkətinin qanunsuzları davam edir
 

"Hansı ağıllı məmur İraq Kürdüstanın müstəqilliyini dəstəkləyə bilər?"

Tarix 03.10.17, 16:48

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Modern.az saytının suallarını cavablandırıb


MilliYol.Az həmin müsahibəni təqdim edir:

– Yevda müəllim, sentyabrın 25-də İraq Kürdüstanında "müstəqillik referendumu” keçirildi. Bu "referendum”la bağlı sizin mövqeyiniz necədir? İsrail tərəfinin məsələyə isti münasibəti nə ilə izah oluna bilər?

– Dünyanın müxtəlif yerlərində baş verən hadisələrə müxtəlif aspektlərdən qiymət verilir. "Referendumu” bəyənib-bəyənməmək İsrailin öz işidir. Yəqin ki, Yaxın Şərq siyasətində "Müstəqil Kürdüstan” dövlətinin yaranması İsrailin xarici siyasəti ilə düz gəlir. Amma Azərbaycan o mövqeni sərgiləyə bilməz axı.  Çünki bu, birbaşa Türkiyəni təhdid etməkdir. Biz də Türkiyə ilə qardaş dövlətik.

Türkiyənin barmağına toxunan tikan, Azərbyacanın barmağına toxunan tikandır. Separatizm  çox qorxulu bir tendensiyadır. İl yarımdan çoxdur ki, bu tendensiya daha da güclənir. Elə bil ki, dünya ölkələri səhər-səhər yuxudan duran kimi separatizm haqqında fikirləşirlər. Xırda-xırda vilayətlərin dövlətə çevrilməsi dünyanı idarə etmək üçün də çətindir. Ona görə də belə vilayətlərin dövlətə çevrilməsini kim bəyənirsə və dəstəkləyirsə, düz siyasət yeritmir. Bu dövlətlər xarici siyasətlərinə bir də baxmalıdırlar.

Düzdür, bu "referendumu” dəstəkləmək onların öz işidir. Biz o dövlətlərin işinə qarışa bilmərik. Hətta Azərbaycan vətəndaşları da var ki, İraq Kürdüstanında keçirilən "müstəqillik referendumu”nu dəstəkləyir. Mən belə şeyləri dəstəkləmirəm. Dövlətlərin sərhədləri dünya müharibələrindən sonra bağlanmış müqavilələrlə həll olunub. Buna yenidən baxmaq dünyanın müharibəyə sürükləməkdir. Dünyanın nizamını pozmaqdır. İndi deyirik ki, Gülüstan, Türkmənçay müqavilələri düzgün deyil. Bunu o vaxtı demək lazımıydı. İraq Kürdüstanının müstəqil dövlətə çevrilməsi bir sıra ölkələr və xalqlar üçün təhlükə yarada bilər.

– Azərbaycanda bəzi insanlar və məmurlar var ki, İraq Kürdüstanının "müstəqilliyini”dəstəkləyir. Parlamentdə də bununla bağlı məsələ qaldırıldı…

– Kim ki, İraq Kürdüstanının "müstəqilliyini” Azərbaycanda dəstəkləyir, onların azərbaycanlı olmağına mənim şübhəm var. Xahiş edirəm ki, onlar qanlarından gedib qonşu ölkənin poliklinikasında analiz versinlər….

Bildiniz də mən hansı ölkəni deyirəm. Hansı ağıllı adam İraq Kürdüstanının "müstəqilliyini” dəstəkləyə bilər? Mən bayaq da dedim, balaca vilayətlərdən dövlət düzətmək dünyanı dağıtmaq deməkdir. Bu kimə lazımdır axı?! 

İraq Kürdüstanının "müstəqilliyi” Azərbaycan üçün də qorxuludur. Separatçılıq meyili Qarabağa da gəlib çata bilər. Bunu dəstəkləyən məmur da azərbaycanlı deyil. O, islama xidmət etmir. Onlar qanlarını yoxlatsınlar.

– Bu yaxınlarda Azərbaycanın müdafiə naziri Zakir Həsənov İsrailə səfər etdi. Səfər zamanı İsrailin yüksək vəzifəli şəxsləri, o cümlədən müdafiə naziri ilə görüşlər keçirdi. Bəzi politoloqlar bildirirlər ki, səfərin əsas mahiyyəti Azərbaycanın İsraildən müasir silahlar almaq istəməsidir. Bəs siz necə düşünürsünüz?

– Azərbaycan İsraillə tərəfləri qane edə bilən siyasət yürüdür. Onun da canlı şahidi BMT-nin 72-ci sessiyasında olduq. Azərbaycan Prezidenti İlham Əliyevin gözəl çıxışı və İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana olan münasibətini hər kəs gördü. Hətta Benyamin Netanyahu çıxış edəndə Ermənistan prezidenti  Serj Sarkisyan yalandan özünü yuxuya vermişdi. Guya eşitmirdi, amma hər şeyi yaxşı eşidib.

Bununla da İsrail dünyaya göstərdi ki, Azərbaycanla və Qazaxıstanla güclü münasibətlər qurub və bundan sonra da quracaq. Bütün sahələrdə münasibətləri daha da gücləndirəcək. Ona görə də müdafiə nazirinin İsrailə səfəri təbiidir. Dövlətlər arasında hansı silahların alınması nəzərədə tutulubsa, İsrail həmin silahları vaxtında verib. Azərbaycan dövləti də həmin silahların pullarını vaxtında ödəyib. Bu silahlar hansılardı, mən onu deyə bilmərəm. Hansını bilirəmsə, deyirəm. Amma bunları bilmirəm. Onlar elə silahlardır ki, dünyanın əksər ölkələrində yoxdur. Həmin müasir silahları da İsrail Azərbaycana verib və verəcək. Bir sıra silahlar isə Azərbaycanda şərikli istehsal ediləcək.

-Yevda müəllim, sentyabrın 23-də müxalifətin mitinqi oldu və növbəti minitinqin keçirilməsi isə oktyabrın 7-nə təyin edilib. Müxalifətin mitinqlərini necə qiymətləndirirsiniz?

-Müxalifətin mitinqləri təzəcə ayaq açan uşağın yeriməsinə bənzəyir. Onlarınkı mitinq deyil. Onlar xalqa göstərirlər ki, biz ölməmişik, qəbirə hələ tam qoyulmamışıq, hələ bir az canımız var və özümüz üçün yavaş-yavaş gəzirik. Bunlar nə mitinqdi? Onlar bu mitinqləri hər gün keçirsələr belə, heç nəyə nail olmayacaqlar. Çünki xalq onları yaxşı tanıyır. Həmin mitinqlərə gələn adamlar 5-10 manata bayrağı, plakatı tutan adamlardır. Əksəriyyətini yoxlasan, vəzifədən qovulmuş şəxslərdir. Guya incidilmiş insanlardır. Onların mitinqi elə mənim yaşadığım evin qabağında keçirilir. Pəncərədən baxıram. Mitinq 50-100 minlik  olar. Bir saat orada fırlanırlar, siqaret çəkirlər, laqqırtı vururlar, qeybət edib, gedirlər. Bununla da mitinq qutarır. O mitinqlərdən iqtidarın tükü belə, tərpənməyəcək. İqtidarın bir nəfərində olan ağıl, düşüncə, intellekt o mitinqdə iştirak edən 100 adamda yoxdur. 

– 2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkiyə 1 il qalıb, amma siyasiət meydanında canlanma hiss olunmur, partiyala hazırlığa başlamayıblar…

– Seçki böyük siyasi prosesdir. Seçkilərə sadə gözlə baxmaq düzgün deyil. Qabaqcadan sehirbazlıq etmək olmaz. Seçki prosesi qüvvələrin gücünün bilinməsi dövrüdür. Siyasət meydanına siyasəti bilməyən adamlar da düşə bilib. Onların içərisində radikal düşüncəli insan da ola bilər. Bu baxımdan ayıq-sayıq olmaq lazımdır. 

Prezident seçkiləri zamanı digər ölkələrdən dostu-düşməni tanıyırsan. Mən demirəm ki, seçki rəvan keçəcək. Bu gün Azərbaycan dövlətinin prezident seçkilərini aparmaq üçün çox böyük təcrübəsi var. Nazirliklər, inzibati orqanlar yerindədir. Xalq da əvvəlki xalq deyil. Xalqın siyasi dünyagörüşü dəyişib. Seçkiyə gedib layiqli insanı seçmək üçün Azərbaycan xalqı səfərbər olmalıdır.

– Parlamentin son iclasında ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin fəaliyyətini  sərt tənqid olundu. Bununla bağlı sizin münasibətiniz necədir?

– Mən neçə illərdir ki, parlamentin tribunasında çıxış edirəm ki, ATƏT-ə, matətə bel bağlamaq olmaz. Bunlar buz parçasıdır. Götürüsən əlinə, əriyib gedir. Bunlara etibar yoxdu. Onlar ikili standart yox e, çoxlu standat yürüdürlər. Bu gün xristian aləmi müsəlmanlara qarşı durur. Burda deyirlər ki, erməni düşməndi. Orada deyirlər ki, erməni əmimoğludur. Onlar xristiandır. Ona görə də o təşkilatların heç birinə bel bağlamaq olmaz. Öz problemlərimizi özümüz həll etməliyik.  ATƏT-ə, Mins qrupuna güvənmək olmaz. Minsk qrupunun bütün üzvləri İrəvana gedəndə qondarma soyqrımı abidəsinə əklil qoyurlar. Mən Minsk qrupunun heç bir üzvünün  Xocalı abidəsi önündə, Şəhidlər Xiyabanında görməmişəm. Biz Qarabağı özümüz geri almalıyıq.

MilliYol.Az



Xəbərin oxunma sayı : 223

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

17 DEKABR 2017

15:24 Azərbaycanda dəm qazına çarə tapıldı: Bu qurğu ölümə son qoyacaq

15:12 Avrodeputat Azərbaycanın müdafiəsinə qalxdı

14:33 NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

13:45 Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (MARAQLI)

12:43 Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu

12:33 “İki saat vaxt uda bildim”

11:41 “Təranənin həyatında o qədər kişi var ki...“

11:30 Ankarada lüks BMW, içində Azərbaycan vətəndaşı, 11 tapança, daha nələr...

11:15 Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi - FOTO

11:06 Nazir: “Düşməni vahiməyə salan silahlar istehsal edirik“

10:50 “Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib“

16 DEKABR 2017

21:33 Dövlət qurumlarında boş qalan yüksək vəzifələr – Siyahı

20:12 Türkiyənin keçmiş baş nazirinin oğlu niyə intihar etdi?

18:33 Rusiya sualtı rabitə və İnternet xətlərinə yeni təhlükədirmi?

17:18 Rus Pravoslav Kilsəsi Mehriban Əliyevanı yüksək mükafatına layiq görüdü

17:05 Örüş sahələri xüsusi mülkiyyətə verilə bilməz- Qanun dəyişdirilir

15:51 Zakir Həsənov komandirlərə tapşırıq verdi

12:59 DYP-dən sürücülərə xəbərdarlıq: 40 manat cərimə...

11:41 “Barselona“ Arda Turana elə qiymət qoydu ki... - Şok rəqəm

10:59 Nüşabə Ələsgərli erməni fanatından danışdı: “Onunla qucaqlaşdım...“

10:45 Yerə təhlükəli asteroid yaxınlaşır-NASA

10:30 Milli Məclisin deputatına ağır itki

10:21 Nazim Süleymanov yenidən “Alaniya“da - Zaqoyevə qarşı

15 DEKABR 2017

23:24 İMF: Gələn il Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf olacaq

22:12 Saakaşvilini həbs edən prokuror Kremlin casusudur?

19:33 Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

18:18 Prezident FHN əməkdaşlarını təltif etdi (SİYAHI)

18:12 İlham Əliyev büdcədən 7 milyon manat ayırdı (SƏRƏNCAM)

17:57 Bakıya yeni avtobuslar gətirildi

17:22 Peterburqda terror aktının qarşısı alındı

17:16 Putin Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

17:00 Siyavuş Novruzov: “Ordu cəmiyyətə qapalı olmalıdır”

16:32 Yanvarda maaş və pensiyalar artacaq

16:14 Ziyafət Əsgərov: “Daxili siyasətlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox”

15:52 Akif Əlizadə: “Məsələ yaşlı olmaqda deyil”

15:37 MIGA-nın vitse-prezidenti Bakıya gələcək

15:09 Cəriməsi olan avtomobillər satıla bilməyəcək

14:57 Gənc alimlərə evlərin veriləcəyi tarix açıqlandı

14:30 “Milli Məclisin Silahlı Qüvvələrə nəzarət etmək hüququ olmalıdır”

14:10 “Ayla” Oskara namizəd ola bilmədi

13:56 Doktorantura təhsilində yenilik olacaq

13:34 İşdən çıxan başçının birinci müavini istefa verdi

13:10 Rusiyada prezident seçkilərinin vaxtı açıqlandı

12:52 Prezident İlham Əliyev Sumqayıt şəhərində səfərdədir

12:39 “Qalatasaray” üç futbolçu ilə vidalaşır

12:03 ABŞ səfiri: “Azərbaycan əhəmiyyətli tranzit mərkəzinə çevrilir”

11:46 Sarkisyan: “Bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər”

11:22 General-leytenant: “Belə şəxslər orduya iftira atır”

11:09 Fazil Məmmədovun “yeznəsi ölkədən 10 milyonla qaçıb” - İddia

11:00 Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

10:49 Atəşkəs 128 dəfə pozulub

10:26 2017-ci ilin ən yaxşı 100 mahnısı açıqlanıb

10:07 Deputatlar bu hallarda mandatdan məhrum ediləcək

14 DEKABR 2017

22:20 Ramzan Kadirov: Çeçenlər Putinin piyadalarıdırlar

21:50 Prezident Dövlət Proqramını təsdiq etdi –Hökumətə və nazirliyə tapşırıq

21:05 “Siz ümumiyyətlə adamsınız?” – Putin

18:52 Mehriban Əliyeva britaniyalı nazirlə görüşdü

18:50 Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

17:48 Türkiyədə maşinistsiz metro qatarları xəttə buraxılır

17:21 Aptekdən oğurluq edən qardaşlar tutulub

17:03 Putin: “Tramp seçkiqabağı vədlərini yerinə yetirmir”

16:41 Aysel Kirkorovla görüşdü

16:29 Türkiyə Fələstinə 10 milyon dollar ayırır

16:02 Manatın orta çəkili məzənnəsi açıqlandı

15:44 Fazil Mustafadan Elçibəy haqda maraqlı xatirələr

15:36 Fernando Torres “Qarabağ”la bağlı etiraf etdi

15:11 İcra başçısı Bakıda zeytun bağını məhv etdirir

14:56 Milli Məclisin növbəti plenar iclasının gündəliyində dəyişiklik olunub

14:38 Şəhid olan hərbi qulluqçusu sabah Şabranda dəfn olunacaq

14:17 Nigar Camal: “Qalmaqal mənlik deyil”

14:00 Saakaşvili Ukrayna ilə bağlı planlarını açıqladı

13:27 Azad Rəhimovun qardaşına vəzifə veridi

13:01 Dolların qiyməti dəyişmədi

12:46 Bakıda ev sahibi tüstüdən zəhərləndi

12:21 Ordumuz şəhid verdi

12:03 “Qarabağ”ın futbolçusuna 1 milyon avroluq təklif

11:48 Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər

11:22 “Azərişıq” dan borclu abonentlərə xəbərdarlıq

11:07 Netanyahudan Qüds açıqlaması

10:56 Saakaşvilinin Ukrayna projesi: uğur, yoxsa iflas...

10:31 Azərbaycan əhalisi ayda tütünə və içkiyə nə qədər pul xərcləyir?

13 DEKABR 2017

23:20 “Qarabağla bağlı hər şey bir ay ərzində aydın olacaq”

22:50 Ərdoğan və Ruhaninin görüşü keçirilir- İstanbulda

21:40 Bakı aeroportunda Hindistan dövlət bankının eks-sədrinin başına nələr gəlib?

19:50 “Tarixi sammit keçirdik, Qüdsün sahibsiz olmadığını dünyaya göstərdi”

18:33 Daha bir məhbus naməlum şəraitdə öldü

17:58 “Dövlət İmtahan Mərkəzi “sosial lift” funksiyasını yerinə yetirir”

17:36 Göygöldə yaşlı kişi dəm qazından öldü

17:12 Polis futbolçuları güllələdi

17:00 Çantada daşınan 3D-printer yaradıldı

16:41 Ruhani Amerikanı ittiham etdi

16:26 Rusiya Suriyadakı hərbi donanmasını genişləndirir

16:25 “Prezident necə və kim tərəfindən aldadılmasının gec-tez fərqinə varır” - Elçin Şıxlı

16:01 “Kiçik insident böyük müharibəyə səbəb ola bilər”

15:49 “Heydər Əliyevin adı Azərbaycanın etnosiyasi coğrafiyasından dəfələrlə böyükdür”

15:26 Avropa İttifaqı Trampın Qüds qərarını dəstəkləmir

15:03 Məhkəmə Fədayə Laçının vəsatətini təmin etmədi

14:47 Lələ təpə döyüşçüsü Səlim Müslümovdan kömək istəyir

13:46 Seçicilər daha məntəqənin girişində yoxlanılmayacaq

13:22 Afaq Aslanın çılpaq fotolarındakı qüsur

13:07 Artur Rasizadə köməkçilərinin sayını 7-dən 3-ə endirdi

12:54 Azadlıq prospektində hərəkət məhdudlaşdırılıb

12:44 Lələ təpə döyüşçüsü Səlim Müslümovdan kömək istəyir

12:36 Röya: “Sizə görə həyasız mənəm”

12:10 “Rusiya Türkiyənin bu əməliyyatına çətin razı olar”

11:48 Antidepressantların təhlükəsi

11:23 9 islam ölkəsi Qüds müzakirəsinə gəlmədi

11:06 “Gilan Holding”in 3 şirkəti fəaliyyətini dayandırdı

10:57 İnşaat sektorunda çalışanların sayı artıb

10:34 Azərbaycan gömrüyündə at oynadan bir “Trans Broker” tarixçəsi - Hardan hara...

10:13 Atəşkəs 136 dəfə pozulub

12 DEKABR 2017

23:40 “Türkiyənin davranışı bizi çox narahat edir...“

22:20 “Putin göstərdi ki, Suriyada hakimiyyət onun əlindədir və Əsəd yerində əyləşəcək”

21:33 Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadılır

20:20 Abbas Ələsgərov ordenlə təltif edilib

19:40 İlham Əliyev Türkiyəyə səfər edib

18:20 “Expo 2025 Azərbaycanın gələcəyi üçün müstəsna layihədir”

17:51 Bilyard üzrə 7 qat Azərbaycan çempionu vəfat etdi

17:26 Səfir: ““Qarabağ münaqişəsi “dondurulmuş” deyil”

17:03 Deputat: “Putin Ankarada bu şansı əldən verməyəcək”



loading...
Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (MARAQLI)

Gənc yaşlarında yaşadığı uğursuzluqlara baxmayaraq heç zaman ruhdan düşmür və çalışaraq dünyanın ən zəngin adamlarından biri olur.
Gülnarənin milyardlıq mülkləri: Londonda evlər, nəhəng şirkətlər...

Londonda 17 milyon funt-sterlinq dəyərində mülk alıb
Qadağan olunmuş xəbərlərə görə cərimə və bloklanma - Məcəlləyə dəyişiklik

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə cərimələr müəyyən olunub.
Jurnalistin verdiyi sual ona baha başa gəldi (VİDEO)


İtaliyada Nemo televiziyasının müxbiri canlı yayımda açıqlama alarkən respondentinin sərt reaksiyası ilə üz-üzə qalıb.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016