ADP mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayıl Milli Şuranın mitinqində iştirak etdiyinə görə dünən və bu gün Nizami rayon Polis İdarəsinə çağrılıb
Bu barədə “AzPolitika”ya N.İsmayılın özü məlumat verib.
O, bildirib ki, dünən sahə müvəkkilinin dəvətindən sonra getdiyi polis idarəsində rəis müavini tərəfindən qəbul olunub. 2 satdan artıq müddətdə polis idarəsində olub, ona mitinqdə iştirakı ilə bağlı müxtəlif suallar verilib, bəzi hallarda isə hətta kobud rəftarla qarşılaşıb.
“Bu gün isə özünü Bakı Şəhər Baş Polis İdarəsinin zabiti, mayor Telman Orucov kimi təqdim edən şəxsə izahat verdim. Mitinqdə iştirakdan başqa məndən yaxın-uzaq qohumlarım, bacı-qardaşlarım, onların övladları, iş yerləri və sairə ilə bağlı məlumatlar istənildi. Mən bu tələbin qeyri-qanuni, Konstitusiyaya zidd olduğunu polis zabitinin diqqətinə çatdırdım. Bildirdim ki, mitinq rəsmi dövlət qurumu ilə razılaşdırıldığından orda iştirak hər bir vətəndaşın konstitusion hüququdur”.
N.İsmayıl bildirdi ki, bu dəfə də polis idarəsində 2 saatdan çox qalsa da, onunla mədəni rəftar olunub.
Qeyd edək ki, ADP sədrinin müavini Həsrət Rüstəmov da dünən və bu gün polis bölməsinə çağrılıb və ona da analoji suallar ünvanlanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...