Azərbaycanda optimallaşdırılması aparılan peşə təhsili müəssisələrində ümumtəhsil fənn müəllimləri və mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.
O bildirib ki, bundan sonra həmin müəssisələr üzrə vakant yerlər elan olunacaq və müəllimlərin işə qəbulu aparılacaq:
Agentlik direktoru qeyd edib ki, bütün təhsil müəssisələrində çalışan müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdiirlmiş müsabiqə həyata keçirilir.
F.Mustafayevin sözlərinə görə, artıq imtahanlardan keçmiş ümumtəhsil fənn müəllimlərinin peşə təhsili müəssisələrində yerləşdirilməsi ilə bağlı elan verilib:
F.Mustafayev deyib ki, optimallaşdırma aparılmayan müəssisələrdə çatışmayan müəllimlərin, kadrların yerləşdirilməsi cari məsələlərdir:
“Bakıda demək olar ki, optimallaşma prosesi bu gün davam edir. Nəticədə müəssisələr birləşir və yaxın gələcəkdə mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi nəzərdə tutulub. Bundan sonra Bakı şəhərində optimallaşdırılmış müəssisələrdə mövcud olan kadrlara tələbat müəyyənləşəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...