Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədova ilə aralarında baş verən insidentə münasibət bildirib
R. Məlik APA-ya açıqlamasında qeyd edib ki, baş verənlər anlaşılmazlıq üzündən olub, peşmançılıq hiss keçirir:
“Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur. Xalq artisti Məleykə Əsədova ilə aramızda baş verən məlum hadisəyə görə çox təəssüf edirəm. Əsəbi olmuşam, dediklərim həqiqəti əks etdirmir. Məleykə Əsədova ilə bir neçə tamaşada tərəf müqabili olmuşam, illər boyu bir-birimizə hörmət etmişik. Onun haqqında statusu təhqir etmək üçün yazmamışdım. Sadəcə, anlaşılmazlıq olub. Məsələnin bu dərəcəyə gəlib çıxmasını düşünməzdim. Mən ona yaradıcılığında yeni uğurlar arzu edirəm. Məleykə, biz səninlə neçə illərin dostu olmuşuq. Anlaşılmazlıq olduğuna görə, bir-birimizi başa düşməmişik. Mən böyük kimi səndən üzr istəməyi özümə borc bilirəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...