“Əsl dostluq mühitinə qayıtmaq xoşdur. İnsanlararası təmaslar münasibətimizi möhkəmləndirir. Hər ölkənin vətəndaşları qarşılıqlı olaraq səfərlər etmək istəyirlər”
Bunu Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, iki ölkənin iqtisadi sahədə əməkdaşlığında kifayət qədər nəzərə çarpan nəticələr var: “9 ayda 2016-cı ildən daha yüksək nəticə əldə etmişik. Artım 66 faizdir. Turizm sahəsində də qarşılıqlı artım müşahidə olunur. Biz nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Tranzit daşımalarında 5 dəfədən çox artım var”.
P. Klimkin Ukrayna baş nazirinin birinci müavininin bu yaxınlarda Azərbaycana səfər edəcəyini də qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq olacağını vurğulayıb: “Biz azərbaycanlı dostlarımızı hamıdan daha yaxşı başa düşürük. Çünki bu işğaldır”.
MilliYol.Az
Digər xəbərlər
loading...