“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Vətəndaş cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 22-24 sentyabr 2017-ci il tarixlərində İmişli rayonunda yerli QHT-lərin nümayəndələrinin iştirakı ilə “İctimai məlumatlandırma kampaniyalarının aparılması” mövzusunda 3 günlük təlim keçirib.
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, təlimin məqsədi vətəndaş cəmiyyəti üzvlərinin ictimai məlumatlandırma kampaniyalarının aparılması bacarıqlarının artırılması olub.
Təlimdə ictimai kampaniya nədir, ictimai kampaniyanın aparılması, məlumatlandırma işlərinin təşkili, ictimai kampaniyaların aparılmasının mərhələləri, məsələlərin qrup işi ilə analizi (çətinliklər və həlli yolları) və xəritələşmə, strategiya, taktika və alətlər mövzuları əhatə olunmuşdur. Təlimdə Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Salyan, Hacıqabul, Astara, Biləsuvar Lənkəran, Masallı və Gəncə şəhərində fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak edib.
Növbəti təlimlər yerli QHT-lərlə birgə davam etdiriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...