Xalq artisti Ramiz Məliklə həmkarı Məleykə Əsədova arasında qalmaqal davam edir
Axşam.az xəbər verir ki, M.Əsədova R.Məliki məhkəməyə verəcəyini bildirib:
“Xalq artisti Ramiz Məliki saytların birində ailəm, anam, atamla bağlı verdiyi açıqlamadan sonra ciddi düşündüm. Biz onunla məhkəmədə görüşəcəyik. Mən ata və anamın ruhuna görə onu bağışlamayacağam və o, qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə cavab verəcək. Bu yaşıma kimi heç vaxt məhkəməyə müraciət etməmişəm. Amma bu dəfə ailəmə dil uzatdılar”.
Xatırladaq ki, iki həmkar arasında mübahisəyə səbəb aktrisanın sosial şəbəkədə paylaşdığı fotolar olub. Fotoları görən aktyor həmkarına həmin şəkillərlə özünü, ona verilən fəxri adı və teatr kollektivini biabır etməməyi məsləhət görüb.
Lakin Əsədovanın "Qafqazinfo"ya dediyi "Ramiz, indi qeyrətə gəlmisən?" sözlərindən sonra xalq artisti daha da qəzəblənib və aktrisanın ünvanına "Yenicağ"a sərt sözlər söyləyib:
“Şortikdə şəkillərini qoyub, deyirəm ki, ayıbdır, özünü reklam eləmə. Xalq artistisən, teatrın imicini qoru. Mən evdə olmamışam, yoldaşıma zəng edib, təhqir yağdırıb, hədələyib. Deyir, onun başına oyun gətirərəm. Mənim qeyrətim yoxdur? Mənim ailəmdə nə var? Sən bir dön keçmişinə bax, gör nələrdən çıxmısan? Mamedi birgünlük gətirib, özünə toy elədin. Özünü göstərmisən. Doğmusan bəyəm? Fahişə elə fahişədir. Səni bütün Azərbaycan tanıyır. Mənim ağzımı açmasın. Hər şeyi çox yaxşı bilirəm. Mən nə etmişəm ki? Sadəcə, bir ağsaqqal kimi məsləhət görmüşəm ki, şortikdə şəkilini paylaşma. Tərbiyəsiz sənsən e. 6 yaşın olanda atan ananı fahişəliyinə görə atıb getdi. Bunları istəyirsən mən deyim? Adamın nə qədər sponsoru olar?”
MilliYol.Az
Digər xəbərlər
loading...