İŞİD terror təşkilatı ABŞ-ın Las-Veqas şəhərində 58 nəfərin ölümü və 515 nəfərin yaralanması ilə nəticələnmiş hadisə ilə bağlı geniş bəyanatla çıxış edib
Virtualaz.org xəbər verir ki, Yaxın Şərqdə terrorçuların fəaliyyətini izləyən “Directorate 4” Telegram-kanalının İŞİD-ə tabe olan “Amak” informasiya agentliyinə istinadən yaydığı məlumata əsasən, Las-Veqasdakı hadisəni törətmiş Stiven Paddokun hərbi ləqəbi Əbu Abd əl-Barr imiş.
“Silahlılar məlumat verir ki, “Xəlifətin əsgəri” olan Əbu Abd əl-Barr İŞİD-in başçısı Əbubəıkr əl-Bağdadinin “xaçlılar” koalisiyasının vətəndaşlarına hücum etmək çağırışına biganə qalmayıb. Hücum nəticəsində 600-ə yaxın adam öpldürülüb və yaralanıb”, – mənbə bildirir.
“Amak” həmçinin qüeud edir ki, Paddok bu hadisəyə bir neçə ay qalmış islamı qəbul edib.
MilliYol.Az
Digər xəbərlər
loading...