Las-Veqasda festivala toplaşan insan izdihamını atəşə tutan 64 yaşlı Stiven Paddok buna qədər mühakimə olunmayıb və heç hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşməyib
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, S.Paddok Las-Veqasa yaxın ərazidə yaşayıb və ehtimal ki, mühasib və ya auditor vəzifəsində çalışıb.
Məlumata görə, onun ov etməyə icazəsi və pilot lisenziyası olub.
Hadisənin motivləri hələlik məlum deyil.
Qeyd edək ki, oktyabrın 2-nə keçən gecə Las-Veqasda “Route 91″ kantri-musiqi festivalı zamanı silahlı şəxs mehmanxananın eyvanından insan izdihamını atəşə tutub. Son məlumatlara görə, silahlı insident nəticəsində 50-dən çox adam həlak olub, 200-dən çox adam yaralanıb. Bu, ABŞ tarixində ən ölümcül atışma hadisəsi olub.
MilliYol.Az
Digər xəbərlər
loading...