ABŞ prezidenti Donald Tramp Las-Veqasda silahlı hücum zamanı həlak olanların və zərər çəkənlərin ailələrinə başsağlığı verib
Virtualaz.org-un məlumatına görə, baş verənləri dəhşətli hadisə adlandıran Donald Tramp özünün Twitter səhifəsində faciə qurbanlarının və yaralıların doğmalarının kədərinə dərindən şərik çıxdığını yazıb.
Xatırladaq ki, Las-Veqas şəhərinin mərkəzində musiqi festivalına toplaşanlara silahlı hücum nəticəsində həlak olanların sayı 50 nəfəri ötüb, 200-dən çox insan yaralanıb. Kütləvi qətldə şübhəli bilinən yerli sakin, 64 yaşlı Stiven Peddok öldürülüb. Onun musiqi festivalını izləyən insanları “Mandalay Bay Hotel” mehmanxana-kazino kompleksinin 32-ci mərtəbəsindən atəşə tutduğu bildirilir.
Oktyabrın 1-dən 2-nə keçən gecə baş verən bu faciə artıq ABŞ-ın müasir tarixinə insanların kütləvi şəkildə güllələndiyi ən qanlı hadisə kimi düşüb.
MilliYol.Az
Digər xəbərlər
loading...