Sentyabrın 29-da gecə saatlarında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına üzərində zorakılıq əlamətləri olan 32 yaşlı qadın gətirilib
Məlum olub ki, qadın həyat yoldaşı və qaynanası tərəfindən döyüləndən sonra evdən qovulub.
Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, evdən qovulan qadına qonşuları sahib çıxıb. Onu sığınacağa gətiriblər. “Qadın bildirir ki, həyat yoldaşı ona dəhşətli işgəncələr verib, qadını boğazından zəncirləyib. Onun döyülməsi və zəncirlənməsi azyaşlı övladının gözünü qarşısında edilib”, - hüquq müdafiəçisi söyləyib.
Qadının övladı əlindən alınıb. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. “Təəssüf ki, son vaxtlar dəhşətli işgəncə faktları ilə rastlaşırıq. Sığınacağa yerləşdirilən qadınlar arasında soyunduraraq küçəyə atılan, azyaşlı övladının gözü qarşısında bıçaqlanan, saçı qırxılan, döyülən, satılan qadınlar var. Bu qadınlara psixoloji yardım göstərilsə də, travma ömür boyu qalır”, - Zeynalova əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...