Kürdləri müttəfiq seçən Vaşinqton Türkiyəni birdəfəlik itirə bilər
Sərdar Turqut
“Habertürk”, Türkiyə, 02 oktyabr 2017-ci il
“Ərdoğanın qlobal strateji həmləsi” başlıqlı yazımı 24 aprel 2017-ci il tarixində, yəni, prezident buraya – Trampla görüşməyə gəlməmişdən hardasa bir ay öncə yazmışdım (http://www.haberturk.com/yazarlar/serdar-turgut-2025/1471350-erdoganin-global-stratejik-hamlesi).
Yaxın gələcəkdə yeni qlobal nizamın necə qurulacağı regionumuzda, ümumiyyətlə Orta Şərqdə daşların necə yerinə oturacağına bağlı olaraq müəyyən ediləcək. ABŞ ilə münasibətlərin istənildiyi kimi getmədiyi bir dövrdə prezident Ərdoğan bir sıra həmlələr etməyin lazım olduğunu görür. Belə ki, prezident o yazımdan sonra, 16-17 may 2017-ci il tarixlərində Trampla görüşmək üçün buraya gəlmədən öncə, Rusiya və Çini də ziyarət etmişdi. Səfərin bu şəkildə planlanması, təbii ki, təsadüf deyildi. Prezident Ərdoğan əlinə “Avrasiya oxu”na meyllənmə təhdidini daha ciddi bir şəkildə aldıqdan sonra Vaşinqtona gəlmək istəmişdi.
Beləliklə, bu kozır da işə yaradı. Bu gün Vaşinqtonda Türkiyənin son diplomatik təmaslarına baxan qurumlar arasında, “Əcəba, Türkiyə regiona yönəlik strategiyalarını bundan sonra “Avrasiya oxlu” siyasətləmi müəyyən edəcək?”- sualı verilir və müzakirə edilir.
ABŞ Konqresində də "xüsusilə Türkiyə Silahlı Qüvvələrində Avrasiyaçı mövqenin getdikcə gücləndiyi” haqqında narahatlıq var və Türkiyə məsələsinin müzakirə edildiyi bütün sahələrdə bu, aydınca ifadə edilir.
İki maraqlı müzakirə
Ötən cümə günü “Avrasiya oxlu” müzakirələr baxımından, maraqlı və məhsuldar bir gün idi. Həmin gün, günorta saatlarına doğru Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində (Center for Strategic and International Studies- CSIS), “Bir-birilə rəqabət edən baxışlar: infrastruktur investisiyaları Avrasiya superqitəsini necə şəkilləndirir?” (“Competing visions: How infrastructure is shaping the Eurasian supercontinent?) adlı çox maraqlı bir müzakirə vardı. CSİS-in Türkiyə layihəsi direktoru Bülənt Əli Rza 7 müzakirəçinin qatıldığı paneldə, mövzunun Türkiyə baxımından mənasını bütün istiqamətlərilə izah etdi. Həmin toplantıda yaxşı mütəxəssis rəyləri də aldıqdan sonra, aramızda saat fərqi olduğundan, o gecə Ece Ünerin TV-də apardığı müzakirə proqramını da əvvəldən-axıra izləyə bildim. Doğu Perincəyin də iştirak etdiyi bu proqramda Avrasiyaçı mövqeyin keçmişi və bu gün Türkiyə baxımından nə ifadə etdiyi də izah edildi.
Prezident Ərdoğanın əhəmiyyətli strateji həmləsini yazdığım günlərdə“Century Foundation” fondu “Yüksələn Çin Orta Şərqə baxır” ("A Rising China Eyes the Middle East") adlı əhatəli bir raport nəşr etdirmişdi. O tarixdə Çinin “Bir qurşaq – bir yol” (One Belt One Road) adlandırılan, Avrasiyaya və regionumuza yönəlik olan yeni strateji baxışı müzakirə edilirdi. Hələlik, “Bir Yol – Bir Qurşaq Təşəbbüsü” adlandırılan bu böyük strateji baxış, Çinin – Rusiya ilə də strateji əməkdaşlıq etməklə Avrasiyaya və regionumuza yönəlik, ABŞ-a alternativ bir planını ortaya qoyur.
İlk dəfə regionumuza 2016-cı ildə nəşr edilən “Ərəb siyasəti raportu” (Arap Policy Paper) ilə yaxından maraq göstərməklə yaxınlaşmağa başlayan Çin hərbi gücə deyil, ölkələrin iqtisadi maraqlarını nəzərə alan, qarşılıqlı iqtisadi əməkdaşlığa əsaslanan bir siyasət işləyib hazırladı. Əsasında köhnə “İpək yolu”nun canlandırılması duran bu planda, əgər qəbul edərsə, Türkiyəyə də mərəkəzi əhəmiyyət kəsb edən bir mövqe verilir. Məsələn, CSIS-də də müzakirə edildi; bu strateji baxışda ölkələri bir-birinə bağlayacaq körpülərə investisiya qoyuluşuna xüsusi əhəmiyyət verilir. Ölkələrarası əməkdaşlıqla bir Avrasiya supermaterikinin yaradılması bu cür infrastruktur investisiyaları ilə əlaqələndirilir.
Türkiyənin 2023 baxışı
Uzun müddətdir ki, Türkiyə hərtərəfli olaraq infrastruktura investisiya qoyuluşu sahəsində sıçrayışdadır. Üçüncü İstanbul körpüsü Avrasiya layihəsinin ən anlamlı investisiyalarından biri ola bilər. Əgər Türkiyə öz istiqamətini xarici siyasətilə də bu yeni strateji layihəyə doğru meyl etdirərsə, regionumuzda bunun inqilabi nəticələrinin olacağı və bütün qüvvələr balansını da dəyişdirəcəyi söylənilir. Son zamanlarda strateji tərəfdaşlıq oxunu kürdlərə doğru meyl etdirmiş olan ABŞ-ın da bu ehtimaldan çox narahat olmağa başladığı Vaşınqtonda açıqca görünür.
Tərcümə Strateq.az-ındır
MilliYol.Az
Digər xəbərlər
loading...