“Azərbaycan gözəl ölkədir və buraya bir daha qayıtmaq istəyirsən”
Bunu Trend-ə boks üzrə superağır çəkidə dördqat dünya çempionu, ikiqat mütləq dünya çempionu Evander Holifild deyib.
O, Bakıda keçirilən Dünya Boks Şurasının (WBC) 55-ci konvensiyasının işini müsbət qiymətləndirib: “Dünya Boks Şurasının insanları bir yerə toplaması vacibdir və mən inanıram ki, bu öz brendini uğurla inkişaf etdirən yeganə boks strukturudur. Boksçuları ona görə toplamaq lazımdır ki, boksu daha da təkmilləşdirmək üçün nə etmək lazım olduğunu düşünək. Digər assosiasiyalar da bu cür tədbirlər keçirsəydi, hər kəs üçün yaxşı olardı”.
Qeyd edək ki, oktyabrın 1-də Bakıda WBC-nin 55-ci konvensiyası başlayıb. Oktyabrın 6-dək davam edəcək konqresdə 164 üzv ölkədən 500-dən çox nümayəndə iştirak edir.
MilliYol.Az
Digər xəbərlər
loading...