“Barselona”nın futbolçusu Jerard Pike dünən Kataloniyadakı referenduma və orada baş verən hadisələrə münasibət bildirib
Qol.az-ın xəbərinə görə, o, La Liqada “Las Palmas”la dünənki matçdan sonra (3:0) verdiyi açıqlamada göz yaşlarını saxlaya bilməyib. Pike polisin referendumun gedişinə mane olduğunu və 300-dən çox insana fiziki xəsarət yetirdiyini söyləyib.
Qeyd edək ki, İspaniya dövləti Kataloniyadakı referendumu qanunsuz hesab edir.
Pike referendum haqda
“Çox çətin bir gün keçirdik. Polisin və qvardiyanın hərəkətlərinin fotoları ortadadır. Mən kataloniyalıyam. Kataloniya xalqının yanaşmasından da qürur duyuram. Ssə vermək hamının haqqıdır və dəstəklənməlidir”.
Milli haqda
“İspaniyada bu bün baş verənləri qəbul etməyən və demokratiyaya inanan xeyli insan var. Əgər federasiya bu seçkilərə və orada səs verdiyimə görə bir problem görürsə, 2018-ci ildən öncə millini tərk edə bilərəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...