Azərbaycan parlamentinin sabiq sədri, 20 ildən çoxdur ABŞ-da siyasi mühacirətdə yaşayan Rəsul Quliyev 2018-ci ilin prezident seçkisində iştirak etmək niyyətində olduğunu açıqlayıb
“AzPolitika.info”nun məlumatına görə, eks-spiker bu barədə Azərbaycan saytlarına müsahibəsində bildirib.
Azərbaycana qayıtmaq planları ilə bağlı suala cavabında R.Quliyev bildirib: “Bu hadisənin baş verməsi həm də hökumətin mənim gəlməyimin nə qədər vacib olmasını anlamasından keçir. Ümid edək ki, Azərbaycana dönməyim 2018-də baş tutacaq”.
Prezident seçkilərində iştirakla bağlı suala eks-spiker birmənalı təsdiq cavabını verib: “Qatılacağam”.
Xatırladaq ki, Rəsul Quliyev 2003 və 2005-ci illərdə də Azərbaycana qayıtmağa və hakimiyyəti ələ keçirməyə cəhd edib. Lakin onun bir sıra Qərb kəşfiyyatları tərəfindən də dəstəklənən bu cəhdlərinin qarşısı Azərbaycan hakimiyyəti tərəfindən alınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...