Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb. Bir sıra sənədlər elan edilib.
Sonra prosesdə zərərçəkmiş Mətləb Mustafayev çıxış edib. Bildirib ki, E. Quliyev ifadəsində zərərçəkmiş Maqsud Məmmədovdan alınan 120 min dollar pulun bölgüsünə nəzarəti Eldar Mahmudovun etdiyini bildirib: “MTN-ə çağırılan şəxslərin göstərişini Eldar Mahmudovun verdiyini deyib. Bildirib ki, Eldar Mahmudov onlara tapşırıb ki, kuratorluq etdiyi sahələrdə olan imkanlı şəxslərdən pul almaq lazımdır”.
M. Mustafayev bu epizodların araşdırılması üçün Eldar Mahmudovun məhkəməyə çağırılmasını istəyib. M. Mustayev deyib ki, iclasda ifadə vermiş MTN əməkdaşları bildirirlər ki, onlara tapşırığı İlqar Əliyev verib: “Əgər belədirsə niyə onlar bu qanunsuz hərəkətlərə sövq edənlər barədə nazirə, nazir müavinə xəbər vermirdirlər?”
Hakim bildirib ki, bu vəsatətlərə növbəti iclasda baxılacaq. Daha sonra Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini işlədiyi bildirilən Ələkbər Heydərov çıxış edib: “Elçin Quliyev Azərbaycan generalı olub. Onun torpaq alverçisi Kamil Şükürovla nə əlaqəsi ola bilər?”
Ə. Heydərov deyib ki, onun haqqında MTN-də heç bir əməliyyat məlumatı olmayıb: “Əgər mənim haqqımda əməliyyat məlumatı yoxdursa, məni ora necə çağırmışdılar?”
E. Quliyev isə onun haqqında əməliyyat məlumatı olduğunu bildirib.
Daha sonra zərərçəkmiş M. Mustafayev yenidən çıxış edib. Bildirib ki, onun evinə silah qoyublar: “Necə ləyaqətsiz hərəkətlər ediblər. Məni şərləyiblər. Bu, alçaqlıqdır”.
E. Quliyev isə M. Mustafayevin evindən silah tapıldığını deyib. M. Mustayev ona “ay bədbəxt, mənim evimə silahı sentyabrın 11-də qoymusunuz. Ancaq silahın yararlı olması barədə Natəvan Mirvətovanın verdiyi rəy 10 sentyabrda qeydiyyatdan keçib”.
Bundan sonra tərəflər bir birini ittiham edib.
M. Mustayev deyib ki, Elçin Quliyev ifadəsində daxili telefonla Eldar Mahmudovun ona zəng edərək M. Mustafayevin evində silah olduğunu deyib: “Bir həftə sonra yenidən zəng edərək bacımın evində silah olduğunu deyib. Xahiş edirəm həmin əməliyyat məlumatının surəti məhkəməyə təqdim edilsin”.
Hakim vəsatətə baxılacağını deyib.
Sonra iclas qapalı keçirilib. Prosesdə E. Quliyev tərəfindən dövlət vəsaitinin mənimsənilməsi epizodu araşdırılır.
Proses davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...