«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Parlamentində (AP) İspaniya mərkəzi hakimiyyətinin razılığı şərtilə, Kataloniya referendumunu qanuni sayıblar
AP başçısının müavini, avstriyalı deputat Ulrike Lunaçek bəyan edib ki, Kataloniyanın müstəqillik referendumu qanuni sayılmalıdır, amma İspaniya mərkəzi hakimiyyətinin razılığının olduğu təqdirdə.
«Prinsip etibarilə, referendum qanunidir, amma Şotlandiyanın təcrübəsi göstərdi ki, o, Madridlə razılıq şəraitində keçirilməli idi» - deyə avstriyalı deputat qeyd edib.
Bununla bərabər, deputat Kataloniyadakı vəziyyətdən şoka düşdüyünü bildirib. O, İspaniyanı dialoqun blokadasını dayandırmağa və gərginliyinin azaldılması istiqamətində tədbirlər görməyə çağırıb.
«Mən, İspaniya güc strukturlarının rezin güllələrdən və dəyənəkdən istifadə etməsini pisləyirəm» – deyə, deputat əlavə edib.
Onun sözlərinə görə, 21-ci əsrdə müstəqillik barədə referendum vətəndaş müharibəsi vəziyyətinə gəlib çatmışdır.
Bununla bağlı, Lunaçek Avroparlamenti İspaniyanın mərkəzi hakimiyyəti ilə Kataloniya regional hökuməti arasında vasitəçi olmağa çağırıb.
Bu arada Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul bəyan edib ki, polisin səsvermə prosesinə müdaxilə etməsinə baxmayaraq, referendumda seçicilərin iştirakı 50,0 faizi adlayıb.
Bundan əvvəl Avroparlamentin başçısı Antonio Tayani bu mövqedən çıxış etmişdi ki, Kataloniya referendumu İspaniyanın konstitusiyası və Avropa İttifaqının qanunları ilə zidiyyət təşkil edir.
Yeri gəmişkən, qeyd etmək lazımdır ki, xeyli qəribə olsa da, elə həmin Avropa İttifaqı ölkələri və Avropa Birliyinin ali strukturları İraqın şimalındakı kürd referendumuna yönəlik bu mövqeni ifadə etməkdən çəkinirlər. İkili standart göz qabağındadır…
MilliYol.Az
Digər xəbərlər
loading...