“Mən başa düşürəm ki, ölkəmizdə İmam Hüseyn müsibəti ürək ağrısı ilə yad edilir. Amma İmam Hüseynin müsibəti, İsa Məsihin çarmıxı kimi səhnələr din və qeyri-din adamlarını düşündürməlidir. Biz ötən gün bununla bağlı narahatlıq doğuran səhnələrin şahidi olduq”
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc bildirib. Z. Oruc islam və xristian dinlərindəki mərasimləri müqayisə edib: “Xristianların dini mərasimlərində zəncir vurulduğunu, qan tökdüyünü, azyaşlıların belə səhnələri izləməyə aparıldığını görmüsünüz? Biz hansı dövrdəyik və hansı mərasimləri keçiririk? Məktəbi və kitabxananı Aşura mərasiminə qarşı qoymuram. Onlar deyirlər ki, məsciddə də kitabları yerləşdirmək olar. Məsciddən dövlət idarə olunmaz. Bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan 2 yaşlı Həcər və 3 yaşlı Abdullanı gördük. Valideynləri onları cənnət ümidi ilə xarabalığa aparıblar. Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək. Mərasimlərin bu formada keçirilməsinə etiraz edirəm. Bunu inzibati qayda ilə tənzimləmək çətindir. Təhsil və təbliğatla bunun qarşısını almaq olar, biz bu barədə ciddi düşünməliyik”.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov vəziyyətin diqqət cəlb etdiyini deyib. O qanunvericiliyi xatırladaraq bildirib ki, Azərbaycanda din dövlətdən ayrıdır: “Bizdə dövlət məsciddən idarə olunmur, oluna da bilməz”.
MilliYol.Az
Digər xəbərlər
loading...