Azərbaycan prezidenti İlham Əliyev Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib
APA-nın məlumatına görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlət başçısına “Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Şəhərdə 8,9 kilometr uzunluğunda magistral su kəməri, 134 kilometrlik içməli su şəbəkəsi yaradılıb.
Layihəyə uyğun olaraq Şamaxı şəhərində 130 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin və baxış quyularının inşası yekunlaşıb.
Prezident İlham Əliyev Şamaxı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
MilliYol.Az
Digər xəbərlər
loading...