«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin Baş naziri Binyamin Netenyahu bəyan edib ki, İsrailin İraq kürdlərinin keçiriyi referendumla heç bir əlaqəsi yoxdur, amma onların müstəqillik uğrunda çalışmalarını rəğbətlə qarşılayır
Kabinetin iclasında çıxış edən Netenyahu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana da «cavab verib». KİV-in məlumatına görə, Ərdoğan İraq Kürdüstanında səsvermə keçirilməsinin təşkilatçılarını İsrail kəşfiyyatı «Mossad»la əlaqədə günahlandırıb.
«İsrailin kürd referendumu ilə heç bir əlaqəsi yoxdur. Amma uzun illərdir ki, İsrail kürd xalqına və onun müstəqillik arzularına dərin təbii rəğbət bəsləyir» – Netenyahı qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...