Maraqlıdır, görəsən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun Ağcabədi filialında baş verənlərdən xəbəri var?
Bu sual ona görə maraq kəsb edir ki, əgər çox hörmətli professor Cəfər Cəfərovun ADPU-nun Ağcabədi filialında baş verənlərdən xəbəri yoxdursa, o zaman demək ki, Cəfər Cəfərov rəhbərlik etdiyi və Azərbaycanın ən qocaman təhsil ocaqlarından biri olan ADPU-nun filliaları ilə heç maraqlanmır və bu filialları taleyin və bir də filialların direktorlarının ümidinə buraxıb. Bu isə özü-özlüyündə çox pisdir. Çünki əvvəllər Azərbaycan Müəllimlər İnstitutunda olduğu kimi, ADPU-nun fillialarında da təhsil adına biabırçılıq hökm sürür.
Yox əgər baş verənlərdən çox hörmətli professor Cəfər Cəfərovun xəbəri varsa, onda demək olar ki, rektor bu biabırçılıqlara şərikdir. Bunu başqa cür anlamaq və başqa cür yozmaq mümkün deyil. Başqa cür yozulduğu zaman təbii olaraq ortaya sual çıxır. Rektor Cəfər Cəfərov bu biabırçılıqlara niyə son vermir?
İndii isə keçək mətləbə. Son zamanlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında baş verən qanunsuzluqlar və təhsil adına yol verilən biabırçılıqlarla bağlı ölkə mediasında silsilə yazılar dərc olunur. AzToday.az-a müraciət edən ADPU-nin Ağcabədi filialının bir neçə işçisi bildirir ki, çox təəsüf doğuran hal odur ki, nə ADPU-nin rəhbərliyi, nə də Təhsil Nazirliyi baş alıb gedən qanunsuzluqlara heç bir reaksiya vermirlər. Şikayətçilər bunun səbəbini ancaq onunla izah edirlər ki, ADPU -nin Ağcabədi filialında baş verənlərdən rəhbərlik məlumatlıdır. Onlar bunu da vurğulayıblar ki, ADPU -nin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyeva onun əməllərindən rəhbərliyin və Təhsil Nazirliyinin əlaqədar qurumlarının xəbərdar olmasını heç gizlətmir də. Xanım direktor narazı adamlara şəxsən deyir ki, «gedin dərdinizi kimə istəyirsiniz deyin».
Şikayətçilər bildirib ki, ADPU -nin filialında çalışan işçilərin çoxusu orta və orta ixtisas təhsillidirlər. Elmi dərəcələri olan insanlar kənarda saxlanıldığı halda, qanunlara və pedoqoji qaydalara zidd olaraq heç bir elmi dərəcəsi olmayan şəxslər filialda aparıcı vəzifələrdə çalışırlar və bu şəxslərin demək olar ki, hamısı ADPU-nin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyeva üçün tələbələrdən pul toplamaqla məşğuldurlar. Digər tərəfdən şikayətçilər bildirir ki, əgər hüquq-mühafizə orqanları, ya da Hesablama Palatası filialın maliyyə xərclərini yoxlayarlarsa, çox böyük korrupsiya və yeyinti halları ilə rastlaşacaqla. Onlar bildirir ki, filialın müəllim və hətta tələbə heyətində bu hal heç kimdə şübhə doğurmur.
Misal üçün şikayətçilər bildirir ki, filialın müəllim heyətinin böyük hissəsi Azərbaycan Müəllimlər İnstitunun Gəncə və Qazax filiallarının diplomlarını daşıyırlar. Bunu təsbit etmək isə çox asandır. Azərbaycan Müəllimlər İnstitunun Gəncə və Qazax filiallarının diplomlarınin böyük bir hissəsi isə bildiyimiz kimi saxta elan olunub və hazırda məhkəmələrdə bu işdər araşdırılır. Həmçinin həbs olunanlar da var. Mətanət Fərzəliyeva isə ADPU -nin Ağcabədi filialını məhz bu «pedeqoqlara» həvələ edib. Peşəkar pedaqoqlar isə kənarda qalıb.
Çox qəribədir ki, şikayətçilər ADPU -nin Ağcabədi filialında Mətanət Fərzəliyevadan sonra ikinci söz sahibinin baş mühasib Knyaz Abbasov olduğunu bildirirlər. Belə ki, şikayətçilərin saytımıza ünvanladıqları məktubda bildirilir ki, baş mühasib Knyaz Abbasov təkcə filialın maliyyə işləri ilə məşğul olmur, həmçinin kadr və pedeqoji sahələri də öz nəzarətində saxlayır. Çünki ADPU -nin Ağcabədi filialında bütün rəsmi və qeyri-rəsmi maliyyə axınlarına məhz bu şəxs nəzarət edir. Ona görə də hər kəs baş mühasiblə hesablaşmaq məcburiyyətindədir.
Daha ətraflı növbəti yazımızda. Bizi izləməkdə davam edin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...