İki il əvvəl – 2015-ci il sentyabrın 30-da Rusiya Suriyada hərbi əməliyyatlara başladı
Strateq.az xarici mətbuata istinadən Rusiyanın bu 2 il ərzində hansı itkilər verdiyini, nələrə nail olduğunu və hərbi əməliyyatlara nə qədər vəsait xərclədiyini rəqəmlərlə ortaya qoymağa çalışacaq.
Araşdırmadan məlum olur ki, Suriyada hərbi əməliyyatlar müddətində Rusiya aviasiyası 30 min döyüş uçuşu həyata keçirib, 92 mindən artıq hava zərbəsi endirib, dənizdən 70-ə yaxın qanadlı raket buraxıb.
Bu müddətdə Bəşər Əsədə qarşı vuruşan 54 minə yaxın yaraqlı məhv edilib.
"Admiral Kuznetsov"
Rusiyanın yeganə ağır aviadaşıyıcı kreyseri "Admiral Kuznetsov" Suriya sahillərinə qədər gedib çıxıb. Bu da Rusiyaya 170 milyon dollara başa gəlib.
Rəsmi məlumatlara görə, iki il ərzində Suriyada 38 rus hərbçi həlak olub. Lakin "Reuters" agentliyi bu rəqəmin 78 olduğunu iddia edir.
Bir neçə gün əvvəl rus general Valeri Asapovun Suriyada həyatını itirdiyinə dair xəbər yayıldı. Və Rusiya tərəfi xəbəri təsdiqlədi.
Asapov Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında həlak olan ən yüksək rütbəli hərbçisidir.
Ötən ilin martında prezident Vladimir Putin bəyan etdi ki, Rusiya Suriyadakı əməliyyatlara 33 milyard rubl xərcləyib. Bu isə o deməkdir ki, Suriyada bir gün Rusiya büdcəsinə 180 milyon rubla başa gəlib.
Bu rəqəmlərdən çıxış edərək "Yabloko" partiyası Suriyada hərbi əməliyyatlara bugünədək 2,4 milyard dollar xərcləndiyini bəyan edib. Rusiya Müdafiə Nazirliyi ilə bu rəqəmi təsdiqləmir.
Moskvanın iki ildə Suriyaya nə qədər vəsait xərclədiyinə dair rəsmi məlmuat isə hələ ki açıqlanmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...