Qarabağ Azadlıq Təşkilatı (QAT) BMT-nin Bakıdakı Ofisi qarşısında aksiya keçirib
APA-nın məlumatına görə, aksiya İraq Kürdistanında "müstəqillik referendumu"na etiraz etmək, İraqın ərazi bütovlüyünə və suverenliyinə dəstək vermək məqsədilə keçirilib.
Aksiya iştirakçıları İraqın şimalındakı Kürd muxtariyyətinin senyabrın 25-də keçirdiyi "müstəqillik referendumu"nu pisləyib, bunu İraqın ərazi bütövlüyü və suverenliyinə qəsd kimi qiymətləndiriblər.
Aksiyada "İraq vahid və bölünməzdir", "Saxta referendumu rədd edirik" və digər şüarlar səsləndirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...