Bu günlərdə Bağdadda tapılan azərbaycanlı uşaqlarla bağlı yeni video yayılıb
Yeni kadrda balaca Abdulla baş verənləri anladır.
— Siz bombanı hardan gətirdiniz?
— Gətirmədik e, anamda idi. Anam onu çəkdi, yerə qoydu, bunlar da (əli ilə hərbçini göstərir — red.) partlatdı. Qan idi anam. Kafirlər atdı. Düşdü, çıxdı, yandı, əlim də yara oldu. Anam ölüb. Yandı anam.
Bu dialoq, İraqın Təlafər şəhərində yaralı uşaqlara yardım göstərən hərbi formalı şəxslə, son günlərdə ölkə gündəmini sarsıdan üç yaşlı Abdulla arasında baş verib. Xatırladaq ki, Sputnik Azərbaycan bu günlərdə Bağdaddakı sığınacaqlardan birində rusiyalı jurnalistlər tərəfindən videolentə alınmış azərbaycanlı uşaqlar — 2 yaşlı Xədicə və 3 yaşlı Abdulla barədə məlumat yaymışdı. Ölkə mediasında ictimailəşəndən sonra məsələyə dövlət rəsmiləri də reaksiya vermiş, Xədicə və Abdullanın Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görülmüşdü.
Sputnik Azərbaycan, Abdullanın tapıldığı döyüş bölgəsində hərbçilərin yardım etdiyi bir qrup yaralı uşağın yer aldığı kadrları əldə edib. Kadrlarda hərbçilərdən biri Abdullaya türk dilində suallar verir və cavabları ərəb dilinə tərcümə edərək kameraya danışır.
MilliYol.Az
Digər xəbərlər
loading...