Rusiya prezidenti Vladimir Putin oktyabrın əvvəlində Türkmənistana rəsmi səfər edəcək
Bu barədə "Report" Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir.
"Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Rusiya prezidenti Vladimir Putin oktyabrın 2-də Türkmənistana rəsmi səfər edəcək", - məlumatda deyilir.
Qeyd edilib ki, danışıqların yekununda Rusiya və Türkmənistan arasında sənədlərin imzalanacağı gözlənilir.
Müzakirələr zamanı siyasi, iqtisadi, ticarət, elmi-tədris və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafının əsas məsələləri, eləcə də aktual regional problemlər müzakirə olunacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...