“Yaxşı istirahət etdim, amma xaricə getmədim. Söyləmişdim ki, Avropaya gedəcəm, alınmadı. Bakıda, Abşeron yarımadasında istirahət etdim. Bununla da mənim istirahətim bitdi. Hazırda yeni mahnılar üzərində çalışıram"
Axşam.az-ın məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qataçuxurlu “ARB Ulduz”un “Şou məkan” verilişinə açıqlamasında deyib.
Sənətçi solo konsertə hazırlaşdığını bildirib:
“Gələn ilin martında, Novruz bayramına yaxın Heydər Əliyev Sarayında konsert verəcəm. Ancaq bizdə təşkilatçı problemi var. Öncəki konsertin hələ də qonorarını ala bilməmişəm. O problemlər hələ var. Bu dəfə özümüz təşkilatçılıq edəcəyik.
Konsertlər edirlər pulu özləri qoyurlar. Ziyana düşürlər, evlərini, maşınlarını satırlar, banka girirlər. Üstəlik onun-bunun malında da gözləri qalır. Mən elə şeylər eləmərəm. Nəyə gücüm çatır, onu edərəm. Konsertə külli miqdarda pul xərcləmərəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...