Azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılov və qardaşı ilə bağlı cinayət işində yeni qurbanların adları üzə çıxıb
Virtualaz.org xəbər verir ki, biznesmen “Lyuberetsk” mütəşəkkil cinayətkar qruplaşmasının liderlərinin sifarişli qətlində şübhəli bilinir.
“Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bu haqda yazıb. Məlumata görə əməliyyatçılar İsmayılovların mütəşəkkil qruplaşmasının yeni əməllərinin izinə Rafiq İsmayılovun ən yaxın adamlarından olmuş Sergey Qavryuşinin ifadəsi əsasənda düşüblər. Qavryuşin Rafiq İsmayılovun təsisçisi olduğu “Merkuri-R” MMC –nin baş direktorudur, həmin MMC “Abramtsevo” bazarının sahibidir.
Əməliyyatçıların bildirdiyinə görə, 2009-cu ildə Telman İsmayılovun əsas gəlir yeri olan “Çerkizovsk” bazarı bağlananda onun klanı bazar açmaq üçün başqa yer axtarmağa başlayıb. Onların xoşuna Moskvaətrafındakı Balaşıxinsk rayonundakı nəhəng “Abramtsevo” bazarı gəlib. Lakin həmin bazar “Lyuberetsk” qruplaşmasının avtoritetlərinin və onlarla bağlı olan biznesmenlərin nəzarətində idi. Və belə bir vaxtda “Lyuberetsk” qruplaşmasının liderlərinin bir-bir aradan götürülməsi başlayır. Hansı ki, onların bir çoxu leqallaşmağa, biznesmen və hətta deputat olmağa imkan tapmışdı. Əməliyyatçılar şahid ifadələrinə əsasən bu qənaətə gəliblər ki, bu qətllərin arxasında məhz İsmayılovlar dayanır.
Bundan əvvəl İsmayılovlar klanı 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində “Koptevsk” qruplaşmasının liderlərinin sifarişli qətllərini təşkil etməkdə, onların biznesini ələ keçirməkdə şübhəli bilinirdi. Beləliklə, İsmayılovlar klanı tərəfindən törədilən sifarişli qətllərin sayı onlarla ola bilər.
Hazırda bu cinayət işi üzrə Rafiq İsmayılov həbsdədir. Rusiya DİN-in keçmiş yüksək rütbəli əməkdaşı olmuş Vaqif İsmayılov axtarışdadır. Telman İsmayılovun isə barəsində tezliklə axtarış elan ediləcəyi gözlənilir.
“Cinayət işində təkcə Telman İsmayılovun yox, onun uşaqlarının da adı keçir. Hər şey ona doğru gedir ki, tezliklə onun barəsində axtarış elan ediləcək”-mənbə deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...