İraq Kürdüstanının hava limanlarında sakitlik hökm sürür – rəsmi Bağdadın qərarına əsasən, bu gün axşam saatlarından etibarən həmin hava limanları uçuşlar üçün qapalı elan edilib
MilliYol.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu səbəbdən İraqın bu hissəsində olan əcnəbilər tələsik Kürdüstanı tərk etməyə çalışırlar.
Erbil hava limanında çoxlu sayda sərnişin toplaşıb və uçuşlar dayandırılana qədər onlar regiondan çıxmağa can atır. Mənbə bildirir ki, hava limanı Kürdüstan bayraqları ilə bəzədilib və burada İraq bayraqlarına rast gəlmək mümkün deyil.
Hələlik aviaşirkətlər Kürdüstana uçuşları davam etdirir, buraya Türkiyədən də təyyarələr gəlməkdədir. Hazırda Erbildən İstanbula və Qaziantepə uçmaq imkanı var. Bu sıraya Əman, Şərcə, Beyrut və digər bir neçə şəhər də daxildir. Lakin yerli vaxtla saat 18:00-da bütün uçuşlar dayandırılacaq.
Erbili tərk etməyə tələsənlərin çoxunun neft şirkətlərinin əməkdaşları, jurnalistlər və qeyri-kommersiya sektorunun nümayəndələri olduğu qeyd edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...