“Ölkədə alternativ cəzalar tətbiq etməklə məhkumların sayını azaltmağı düşünürük”
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmələrdə bildirib. O qeyd edib ki, bunun yolu alternativ cəzaların tətbiq edilməsidir: “Biz alternativ cəzalar tətbiq etməsək, məhkumların sayını necə azalda bilərik? Məhz buna görə son dəyişikliklərdə bəzi maddələr dekriminallaşdırılıb”.
Qeyd edək ki, Cinayət Məcəlləsinə 300-dən çox dəyişiklik təklif edilir. Nəticədə 34 cinayət üzrə cəza müddəti aşağı alınır, bəzilərində isə azadlıqdan məhrumetmə cəzası maliyyə sanksiyası və azadlığın məhdudlaşdırılması ilə əvəz edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...