Lənkəranın icra başçısı Taleh Qaraşov özünə 150 minlik, başçının xanım müavini isə120 minlik maşın alıb
Mətbuatda yaılan məlumat görə Lənkaran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov özünə 150 min manata son model “Range Rover” avtomobili alıb.
Xəbərdə iddia olunur ki, uzun illərdi icra başçısı postunu tutan Taleh Qaraşovun bu illər ərzində, sahib olduğu bahalı malikanələr və obyektlərini nəzərə almasaq, aldığı 5-ci bahalı atomobildir. Öz biznesini Lənkaranda genişləndirən başçı, rayonunda ən bahalı obyektlərə sahib olması yerli sakinlər arasında təccüb belə doğurur.
Məlumatda o da vurğulanır ki, icra başçısının, 2017-ci il buraxılşlı və 150 min manata aldığı maşının nömrəsi də çox bahalıdı. 10 UH 002 seryalı bu avtomobilin nömrsini rayon rəhbərinin yaxın dostu Müşviq Rəhimov hədiyyə edib.
Taleh Qaraşovun özünə 150 minlik avtomobol aldıqdan sonra isə Lənkaran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Əliyeva da öz şefindən geri qalmaq istəməyib. Rasilə xanım da özünə120 min manata ağ rəngli “Range Rover” avtomobili alıb. 90 EG 800 seryalı bu bahalı maşın rayonda dillər əzbərinə çevrilib.
Onuda bildirək ki, Taleh Qaraşovun övladları da da bahalı nömrələrlə “Range Rover” avtomobilləri sürürlər. Görünür ki, Qaraşovlar ailəsi “Range Rover” avtomobili tutqunudurlar.
Xatırladaq ki, Taleh Qaraşov Azərbaycanda ən uzun müddətdə çalışan icra başçısılarından biridir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Mənbə: AzMedia.info
MilliYol.az
Digər xəbərlər
loading...