Sentyabrın 25-də Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidovun vəziyyəti stabilləşib
Bu barədə xəstəxanadan Modern.az-a verilən məlumatda bildirilib.
Məlumata görə, hakim hələ də Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsində saxlanılır: “Buna səbəb onun vəziyyətinin kritik olması deyil. Bəzi mətbuat orqanlarında yazıldığı kimi, Ənvər Seyidovun beyninə qan sızmayıb, heç bir həyati təhlükəsi də yoxdur”.
Xatırladaq ki, 67 yaşlı Ənvər Seyidov 2016-cı ilin dekabrın 6-da hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Təcrübəli həkimlərin müdaxiləsindən sonra hakimin vəziyyətini stabilləşdirmək mümkün olmuşdu.
MilliYol.Az
Digər xəbərlər
loading...