Millət vəkili Qənirə Paşayeva qardaş Türkiyədə Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altında olan ərzailərinə qeyri-qanunu səfər edən Türkiyə vətəndaşlarından danışıb, onların bu addımını kəskin qınayıb və bu adamlara qarşı ciddi tədbirlər görməyə çağırıb
Türkiyəyə səfəri zamanı Q.Paşayeva Türkiyə rəsmiləri ilə görüşlərində bu məsələni diqqətə çatdırıb və Azərbaycan xalqının ciddi narahatçılığından danışıb. O, bildirib ki, bu, ilk növbədə Türkiyə – Azərbaycan münasibətləri, Türkiyə və Azərbaycan arasındakı strateji əməkdaşlığa özünün mənfi təsirini göstərir.
“Ufuq Uras adlı bu şəxs dəfələrlə Ermənistana səfərlər edərək qondarma erməni soyqırımı abidəsini ziyarət edib. O, hər zaman Türkiyə və Azərbaycan əleyhinə addımlar atıb”. Bunu Q.Paşayeva Türkiyə Yaşıllar və Sol Gələcək Partiyasının yetkilisi, QHT rəhbəri, keşmiş millət vəkili Ufuq Urasın rəhbərliyi ilə Xankəndinə səfər edən nümayəndə heyətinin separatçılarla görüşləri barədə açıqlama verərkən bildirib.
O, əlavə edib ki, Türkiyə hökuməti erməni soyqırımı məsələsinin uydurma, yalan olduğunu bəyan etsə də, özünü türk adlandıran bu şəxs, əksinə “soyqırım abidəsini” ziyarət etməklə öz dövlətinin maraqlarına qarşı çıxıb: “Bu adam hər zaman Türkiyə və Azərbaycanın maraqlarına zidd addımları, açıqlamaları ilə gündəmə gəlib. Ufuq Uras Türkiyənin Dağlıq Qarabağa görə Ermənistanla sərhədlərini bağlaması faktı ilə barışmayıb. Onun bu cür çıxışlarını qəti şəkildə qınayır və təəssüf edirik. Təbii ki, istər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyəti, sosial media, QHT-lər və sair təşkilatlar Urasın bu addımına qarşı etiraz səsini qaldırmalıdır və eyni zamanda Türkiyə dövləti onun bu addımlarına qarşı ciddi tədbirlər görməlidir”.
Millət vəkili bidirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal faktı bütün beynəlxalq təşkilatların qərarlarında yer alıb. Urasın və onunla birlikdə bir neçə nəfərin – Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğal altında qalan Xankəndinə gedib separatçı rejim rəhbərləri ilə görüşməsi açıq şəkildə düşmənə dəstək kimi dəyərləndirilməlidir.
Q.Paşayeva qeyd edib ki, onların işğalçılara bu formada dəstək verməsinin səbəbləri ciddi şəkildə araşdırılmalıdır və Türkiyə dövləti tərəfindən ciddi tədbirlər görülməlidir. “Urasın erməni sevgisinin tarixi kökləri, irsi bağlılığı araşdırılmalıdır. Bu şəxsin uzun illərdir Azərbaycanla Türkiyənin mövqelərinə zidd çıxaraq davamlı şəkildə ermənilərə dəstək verməsi təsadüfi ola bilməz”.
Hörmətli Q.Paşayevanın bu açıqlamaları başqa bir qalmaqalı yada salır. Xatırlayırsınızsa, bir müddət əvvəl erməni əsilli Türkiyə vətəndaşlarının səhmdarları olduqları bir şirkətin – “Emre Piliç”in Azərbaycana damazlıq yumurta idxal etdiyi məlum olmuşdu. Azərbaycan mediasında bu barədə xəbərlər yayılandan sonra məlum oldu ki, vəkil Aslan İsmayılov “Emre Piliç” şirkəti ilə müqavilə bağlayıb və onların hüquqlarını qoruyur. Vəkil israrla əsaslandırmağa çalışırdı ki, bu şirkətin 40 faizədək səhmlərinin ermənilərə məxsusluğu onun Azərbaycanla ticarətini əngəlləməməlidir.
İndi kim zəmanət verə bilər ki, Dağlıq Qarabağa səfər edən, separatçı rejimin rəhbərləri ilə görüşən Türkiyə vətəndaşlarını maliyyələşdirən elə “Emre Piliç”in erməni ortaqları, pərdəarxasından Azərbaycanla ticarət quran onlar kimi digər erməni əsillilər deyil?
Bu fakt bir daha sübut edir ki, cibində hansı ölkənin pasportunu daşımasından asılı olmayaraq, erməni əsilli insanların Azərbaycanla hər hansı ticarət əlaqələrinə imkan verilməməlidir.
MilliYol.Az
Digər xəbərlər
loading...