ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şefer öz fəaliyyətində Birləşmiş Ştatları təmsil etməyə davam edəcək
News.am saytının verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyindən bildiriblər.
Səfirlikdən qeyd ediblər ki, Avropa və Avrasiya məsələləri üzrə Büro Minsk Qrupunda xüsusi nümayəndənin funksiyaları və kadrların artırılması ilə bağlı məsələlərlə məşğul olmağa davam edir: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir və tərəflərlə Minsk qrupunun həmsədri qismində fəal işləməyə davam edəcək".
Səfirlikdən vurğulayıblar ki, ABŞ Minsk qrupu tərəfindən qəbul olunan siyasətə sadiq qalacaq. Bu isə münaqişənin beynəlxalq hüquq əsasında ədalətli həll variantıdır.
Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl ABŞ dövlət katibi Reks Tillersonun Dövlət Departamentinin yenidən təşkili çərçivəsində təxminən 30 xüsusi səfir vəzifəsinin ləğvini təklif etdiyi barədə məlumat yayılmışdı. Onların arasında Minsk qrupunda Suriya böhranı və Qarabağ münaqişəsi ilə məşğul olanların da olduğu bildirilirdi.
MilliYol.Az
Digər xəbərlər
loading...