“Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da saat 12:00-dan 14:00-dək Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək. Artıq bununla bağlı hazırlıq işləri yekunlaşmaq üzərədir”
Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Modern.az-a açıqlamasında dünya şöhrətli alim Lütfi Zadədənin dəfn mərasiminin keçirilməsindən danışarkən deyib.
AMEA-nın vitse-prezidenti bildirib ki, Azərbaycan dövləti hər zaman Lütfi Zadənin xatirəsini əziz tutub.
“Dəfn mərasimində AMEA-nın bütün heyəti, müxtəlif universitetlərin rəhbər şəxsləri və tələbələri iştirak edəcək. Həmçinin dəfn mərasimində rəsmi şəxslərin iştirakı da gözlənilir. Vida mərasimdən sonra isə mərhum I Fəxri xiyabanda dəfn ediləcək”.
Qeyd edək ki, sentyabr ayının 6-da dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib. O, ölməzdən öncə Azərbaycanda dəfn olunmağını vəsiyyət edib. Mərhumun nəşi sentyabrın 26-da ABŞ-dan Bakıya yola salınıb. Onu gətirən təyyarənin sentyabrın 29-da Bakıda olacağı gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...