Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planı məlum olub
Milli Məclisdən verilən məlumata görə, payız sessiyasının qanunvericilik işlər planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında”, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstituasiya qanununun layihələri, eləcə də Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri daxildir.
Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 2-də keçiriləcək. İclasın gündəliyinə 34 məsələ daxil edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...