“Lakin bu uzunmüddətli dövrdə təhlükəli perspektiv vəd edir”
SSRİ dağıldıqdan bu yana Rusiya Yaxın Şərqdə ilk dəfə bu dərəcədə mühüm oyunçuya çevrilib. Artıq bölgədə Moskvanın rəyi nəzərə alınmdan, onun maraqları ilə hesablaşılmadan hərəkət etmək olduqca çətin görünür.
Qərb analitiklərinin rəyinə görə, Rusiya burada uzunmüddətli strateji hədəflərini həyata keçirməkdən əlavə, regiondakı münaqişələrdən sözün əsl mənasında ciddi surətdə bəhrələnməyi də bacarıb.
“Rusiya 2 il bundan öncə Suriya səmalarında hava zərbələrinə başlayarkən Yaxın Şərq və Şimali Afrikada söz sahiblərindən birinə çevrilməyi bacarıb. Burada söhbət təkcə helikopterlərdən, tanklardan və ya sualtı qayqlardan getmir”,-“The Times”dan Maykl Börli yazır.
Jurnalistin yazdığına görə, prezident Vladimir Putin və onun naziri Sergey Lavrov bölgədə “harda aş, orda baş”dırlar. “Rusiyanın əsl niyyəti nədir və Qərbin həqiqətən narahat olmağa əsasları varmı?”, - Börli sual edir.
“Rand Corporation (Santa-Monika, Kaliforniya) analtik mərkəzinin məruzəsinə əsasən, Rusiyanın Yaxın Şərqdə fəaliyyətinin əksər hissəsi qısamüddətli məqsədlər daşıyır”, - müəllif yazaraq davam edir:
“Qərb banklarından gələn kreditlər kəsilən kimi Rusiyanın “Birbaşa investisiyalar fondu” ərəb dövlətləri əməkdaşlıq şurasına daxil olan 5 ölkənin suveren fondlarından pul çəkməyə başlayıb”.
Moskva Suriyanın bərpası üçün nəzərdə tutulan 200 milyard dollarlıq layihədən də önəmli pay almaq istəyir. Bu da Putinin hansı səbəbdən vaxtilə yerlə bir etdiyi Qroznının bərpasında iştirak edən və ərəb dilində danışan sünni çeçenləri bölgəyə göndərməsini izah edir.
Rusiya həmçinin neft qiymətlərinin sabitləşməsində də maraqlıdır, ona görə də Səudiyyə Ərəbistanına da diqqət yetirir.
“Rosatom” neft energetikasının asılılğından qurtlumaq istəyən region ölkələrinə nüvə reaktorlarını satmaq istəyir.
“Rosboroneksport” isə Suriyada real şəkildə nümayiş etdirilən (və youtube-da da təmtəraqlı reklam edilən) ucuz silahlarını bölgə dövlətlərinə sırımaq niyətindədir”.
Börli Rusiyanın uzunmüddətli perspektivdə başını böyük təhlükəyə və dərdə soxduğunu düşünür:
“Rusiya Amerikanın başını bəlaya salan irimiqyaslı lobbiçi ünsürləri Moskvada möhkəmlətməyəcək dərəcədə müdrik dövlətdir. Lakin əvvəl-axır o da, dəstəklədiyi qüvvələrlə bağlı çətin qərarlar qəbul etmək məcburiyyətində qalacaq. Çünki bu gün Rusiyanın yürütdüyü “minimaks”, yəni minimum itki ilə maksimum opportunizm siyasəti hər an dağıla bilər. Putin usta taktikdir. Buna rəğmən onun, özlərinə məxsus hiyləgər planları və seçimləri olan liderlərə malik bir bölgədə yaxşı strateq olması şübhə doğurur”, - müəllif yekunda qeyd edir.
MilliYol.Az
Digər xəbərlər
loading...