Dünən intensiv yağan yağış Binəqədi yolunu gözlənildiyi kimi iflic vəziyyətinə salıb
BakuPost.az xəbər verir ki, hazırda tıxacın ucu-bucağı görünmür. Üstəlik, yaranmış gölməçələr yolu keçilməz edib.
Aidiyyəti qurumların əməkdaşları bu acınacaqlı durumu nəinki aradan qaldırmağa çalışır, hətta vəziyyətin daha da pisləşməsi üçün göstərişlər verilir. Məsələn? gündüz saatları olmasına baxmayaraq, həmin yollara ağır yük maşınlarının buraxılır. Bundan əlavə, həmin yoldan – Azadlıq prospektindən istifadə edən bütün marşrutlara alternativ Biləcəri yolundan istifadə etməmək tapşırılıb. Beləliklə, onlarla avtobusda yüzlərlə sərnişin tıxacda saatlarla gözləməli olub.
Həmin yolun 6 aydan çoxdur, əsaslı təmirə dayandığı bildirilsə də payıza kimi yol təmiri bitmədi və keçən ilki problem olduğu kimi qaldı. Qazılmış çökəklər, torpaq isə yağış suları ilə dolaraq keçilməz bataqlığa çevrilib.
Bakının “Cəhənnəm yolu”ndan çəkilən fotoları təqdim edirik:
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...