Bu ilin oktyabr ayından etibarən sertifikasiya imtahanlarında bütün ali tibb və orta tibb ixtisasları üzrə yeni klinik tapşırıqların istifadəsinin tətbiqinə başlanılması planlaşdırılır
Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından bildirilib ki, bu, Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası ”nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 1 dekabr 2015-ci il tarixli qərarında əsasında həyata keçiriləcək.
Sertifikasiya Komissiyasnın məlumatına görə, mütəmadi olaraq, keçirilən sınaq imtahanlarında iştirak etməklə, tətbiqinə başlanılacaq yeni üsülla klinik tapşırıq nümunələri ilə tanış olmaq mümkündür.
Yeni klinik tapşırıq nümunələri ilə tanış ola bilmək üçün “Sertifikasiya Sınaq İmtahanları”na iştirak etmək lazımdır/Report.
MilliYol.Az
Digər xəbərlər
loading...