ABŞ-ın “Apple” şirkəti yeni “iPhone X” almağa pulu çatmayanlar üçün qənaətcil “iPhone SE” smartfonunun qənaətcil versiyasını tərtib edib
IKT.lent.az-ın Riafan.ru saytına istinadən verdiyi məlumata görə, yeni smartfon daha əlçatan qiymətə çərçivəsiz “iPhone X” smartfonunun kiçildilmiş nüsxəsinə bənzəyəcək.
Qeyd edək ki, “Apple”in yeni cihazının təqdimatından sonra bir çox istifadəçilər displeyin enindən narazı qalıblar. İnsanlar gileylənirlər ki, onu əldə tutmaq, cibdə və ya çantada daşımaq çox çətin və narahatdır.
Bununla əlaqədar olaraq “Apple” şirkəti “iPhone X”-in kiçildilmiş nüsxəsi olan “Phone SE+” yaradıb ki, onun da displeyinin diaqonalı cəmi 4,2 düym təşkil edir.
Şəbəkədə artıq gələcək smartfonun eskizləri yayılıb. Onun ön panelində “Face İD” ilə işləmək üçün 5 meqapikselllik kamera quraşdırılacaq. Arxa panelində isə 12 meqapiksellik kamera olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...