Birinci yer Almaniyanındır
Mərkəzi Britaniyada olan vətəndaşlıq planlama firması olan Henley & Parrtners hər il olduğu kimi bu il də vətəndaşlığı dünyada ən dəyərli olan ölkələri sıraladı. Firmanın əsas kriteriyaları ölkənin iqtisadi gücü, insani inkişafı, insanlarının ömür müddəti və standartıdır. Sülh atmosferi və iqtisadi inkişaf kimi parametlərlə yanaşı, səyahət azadlığı, fürsətlərin çoxluğu və keyfiyyəti kimi parametrlər də diqqətə alınıb. Müsavat.com xarici mediaya istinadən bu siyahını təqdim edir.
1- Almaniya- 82.7
2- Fransa - 82.4
3- Danimarka 82.4
4- İslandiya 81.3
5- İsveç- 81.2
6- Norveç - 81.0.
7- Finlandiya - 80.7
8- Avstriya -79.9
9- İtalyia - 79.9
10- Hollandiya - 79.7
11- İsveçrə - 79.6
12- İspaniya 79.5
13- İrlandiya - 79.4
14- İngiltərə - 79.2
15- Belçika - 79.1
16- Lihtenştayn- 78.8
17- Portuqaliya - 78.6
18-Çexiya - 78.6
19- Lüksemburq - 78.2
20- Sloveniya 78.2
21- Macarıstan - 76.9
22- Polşa - 76.5
23- Sloveniya - 76.2
24- Yunanıstan - 76.0
25- Estoniya - 75.7
26- Litva 75.5
27- Latviya - 75.4
28- Malta 75.0
29- Kıbrıs - 73.5
30- Rumania 73.4
Vatandaşlığı en değerli olan ülkeler Bakın Türkiye kaçıncı sırada...
31- Bolqarıstan - 73.0
32- ABŞ - 68.8
33- Horvatiya - 68.6
34-Yaponiya -56.7
35- Yeni Zelandiya - 54.4
36- Avstraliya 54.2
37-Kanada - 53.9
38- Çili - 53.6
39- Sinqapur - 52.8
40- Braziliya 52.1
41- Argentina - 52.0
42- Cənubi Koreya - 51.8
43- Britaniya - 50.8
44- Mərakeş - 50.4
45- San Marino - 50.3
46- Uruqvay -49.3
47- Andorra - 48.6
48- Malaziya - 48.5
49- Bruney - 47.3
50- Hon Konq, Çin - 46.5
Siyahıda Türkiyənin yeri 88-ci sırada qərarlaşıb.
Amma araşdırma nəticəsində o da məlum olub ki, bəzi ölkələrdən vətəndaşlıq almaq üçün xüsusi şərtlərə yox, bol miqdarda pula ehtiyac var. Arzuladığınız ölkələrin bir çoxu vətəndaşlığı pulla verir. Tutaq ki, siyahıda adı olan Avstraliyaya 4,7 milyon dollarlıq investisiya qoyanlar viza alaraq yerləşə bilir. Almaniyada 250 min avro ödəyənlər vətəndaşlığı qazanırlar.
Dominikan Respublikasının vətəndaşı olmaq üçün 100 min dollar yatırım qoyulmalıdır. Yox, əgər evli və uşaqlısınızsa, bu məbləğ 200 min dollara qədər qalxır.
Honq-Konqda 1 milyon 260 min dollar məbləğində yatırımla ölkə vətəndaşlığına sahib olmaq mümkündür.
Kanada vətəndaşı olmaq üçünsə 400 min dollarlıq investisiya, üstəgəl, 800 min dollarlıq sərvət lazımdır. Uruqvay vətəndaşı olmaq istəyirsinizsə, aylıq 1200 dollar gəliriniz olmalıdır. Öncə müvəqqəti yaşayış, üç il sonra isə vətəndaşlıq verilir.
Avstriya 6-10 milyon avroluq risk sərmayəsi yatıranlar həmin ölkənin vətəndaşı ola bilərlər. Hansısa dövlət qurumuna 2 milyon avroluq investisiya yatıran şəxslərin də bunun qarşılığında vətəndaşlıq alması mümkün sayılır.
Makedoniyada 40 milyon avroluq daşınmaz əmlak alan xaricilərə bir illik vətəndaşlıq icazəsi, 400 min avro dəyərində yatırım edənlər və ən az 10 işçisi olanlar Makedoniya vətəndaşı ola bilərlər.
Bolqarıstanın azı bir il ölkədə daimi yaşayan və 1,2 milyon dollarlıq yatırım edənlərə vətəndaşlıq verir.
MilliYol.Az
Digər xəbərlər
loading...