Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstan Regional Hökumətinin (İKRH) keçirdiyi müstəqillik referendumunun "Türkiyəyə xəyanət" olduğunu və sanksiyaların tətbiqinə başlanacağını söyləyib
Ankarada 2017-2018 Tədris İlinin Açılış Mərasimi ilə bağlı çıxış edən Ərdoğan "İndi biz sanksiyalarımızı tətbiq etməyə başladığımız andan etibarən siz onsuz da ortada qalacaqsınız. Bir qapağı bağladığımız anda hər şey sona çatacaq. Bütün gəlir-məlir hər şey ortadan qalxacaq. Yük maşınları Şimali İraqa işləmədiyi anda bunlar yemək, geyim tapa bilməyəcəklər. Belə bir vəziyyətə düşəcəklər. Niyə? Sanksiya tətbiq etməyə məcburuq " deyib.
Ərdoğan deyib ki, son ana qədər İKRH liderinin referendumda təkid edəcəyini ehtimal etməməklə, "səhvə yol" verib. Türkiyə prezidenti münasibətlərin tarixdə ən yaxşı səviyyədə olduğu bir vaxtda verilən bu qərarı "xəyanət" kimi səciyyələndirib.
Ərdoğan iqtisadi sanksiyalardan tutmuş hərbi variantlara qədər, hava məkanı və quru sərhədləri də daxil olmaqla bütün məsələlərin gündəmdə qaldığını və bütün variantların müzakirə edildiyini bildirib.
"Referendumu Şimali İraq hökuməti həyata keçirir, tək dəstəyi isə İsrail verir. Daha səs qutuları açılmadan PPK-çılar bayram edirlərsə, burada səmimiyyət və qanunilik yoxdur. Bu belə də bilinsin. Necə və hansı şərtlərdə həyata keçirildiyi bilinməyən bu referendumla bağlı açıqlanan seçicilərin iştirak faizi və səsvermənin nəticələri də şübhəlidir. Çünki görülən iş şübhəlidir. Xüsusilə türkmən və ərəb əhalisinin çoxluq təşkil etdiyi yerlərdə əhalinin qeydiyyat siyahısının məhv edilməsindən tutmuş məcburi köçürülməyə qədər hər cür qanunsuzluqların baş verdiyi bir vaxtdan sonra keçirilən bu referendumu qanuni qəbul etmək mümkün deyildir", - Türkiyə prezidenti deyib.(virtualaz.org)
MilliYol.Az
Digər xəbərlər
loading...